10 sualda peyvnəd

loading...

Sağlam bir nəslin təməli uşaqlıq dövründə tətbiq olunan peyvəndlərə dayanır. Bir peyvəndin qoruyucu təsirini göstərə bilməsi üçün uyğun yaşlarda və uyğun zaman aralıqlarında vurulması şərtdir. Bu səbəbdən immunitetin yaranması üçün peyvəndlər xəstələnmə riskinin ən yüksək olduğu zamandan əvvəl vurulmalıdır. Xəstəliyə tutulduqdan sonra vurulan peyvəndin heç bir əhəmiyyəti yoxdur.

Peyvənd cədvəlinə riayət edilməsi uşağı ölümcül və şikəstlik riski yüksək olan xəstəliklərə qarşı qoruyur. İnkişaf etmiş ölkələrdə yeni doğulmuş tetanusuna tamamən, vərəm xəstəliyinə isə tama yaxın olaraq rast gəlinmədiyindən hamilələrə tetanus, yeni doğulmuşlara isə vərəm peyvəndi vurulur.

ABŞ-da bütün uşaqlara qızılca peyvəndi vurulması nəticəsində artıq bu xəstəliyə rast gəlinmir. İnkişaf etməkdə olan ölkələrdə isə hər 1000 uşaqdan 5-i iflic nəticəsində şikəst qalır, hər 100 uşaq-dan 1-i yeni doğulmuş tetanusu, hər 100 uşaqdan 2-i göy öskürək, hər 100 uşaqdan 3-ü isə qızılca səbəbindən ölür. Bu rəqəmlərə diqqət yetirdikdə peyvənd vurulmasının əhəmiyyəti daha yaxşı anlaşılır. İnkişaf etməkdə olan ölkələrdəki sosial iqtisadi vəziyyət, ailələrin düzgün məlumatlandırıl-maması və başqa bir çox səbəbə bağlı olaraq ailələr peyvənd cədvəlindən uzaqlaşır və ya tələb olunan qaydalara riayət etmirlər. Bu da özündə bir çox uşaqlıq çağı problemləri ilə nəticələnir.

Bu yazımızda uşaq doğulduqdan sonra vurulacaq olan peyvəndlər, onların əhəmiyyəti, əks təsirləri ilə əlaqədar həkimlərə ən çox ünvanlanan sualları təyin edib onları cavablandırmağa çalışacağıq.

  1. İçində virus ya da bakteriya olan peyvəndlər uşaqlara zərər verirmi?
    -Peyvəndlər canlı və toksoid olmaq üzrə 2 növdə olurlar. Canlı peyvəndlərdə zəiflədilmiş olaraq bakteriya və ya virus olur. İmmunitetimiz bu yarı canlı bakteriya və ya virusa qalib gəlir. Beləliklə bu xəstəliyə qarşı immunitet yaranır. Orqanizmə zərəri yoxdur.
  2. Peyvənd nə zaman vurul-malıdır? Hansı peyvəndlər məcburidir?
    -Peyvəndlər uşaq doğulduqdan sonra xəstəxanada vurulmağa başlanır. BCG (vərəm), polio, AKDS, Hepatit B, Qızılca-Qulaqdibi-Məxmərək (QQM) məcburi peyvəndlərdir. Doğumdan sonra poilo, Hepatit B və BCG, 0, 1, 6-cı aylarda Hepatit B, 2, 4, 6, 18-ci ay-larda AKDS və polio, 12-ci ayda QQM vurulmalıdır.
  3. Eyni gündə iki canlı peyvənd vurula bilərmi?
    İki canlı peyvənd və fərqli növdə peyvəndlər eyni bölgəyə vurulmamaq şərti ilə eyni gündə vurula bilər. Hazırda Azərbaycanda 6 növ mikroorqanizmə qarşı immunitet yarada bilən peyvənd var. Əhəmiyyəti ondan ibarətdir ki, tək iynə ilə bütün peyvəndlər vurularaq iynə sayı və beləliklə uşaqlardakı ağrı hissi minimuma endirilir. Uşağa çox iynə vurulduğu zaman ailələrdə yaranan narahatçılıq da ortadan qalxmış olur.
  4. Peyvəndlərin nə kimi yan təsiri var?
    -Uşağın qorunduğu ölümcül xəstəliklərlə müqayisə etdikdə bu yan təsirlərin çox da əhəmiyyəti yoxdur. Peyvənd yerində qızartı, ağrı, şişmə, hərarət və bədəndə səpgilər əmələ gələ bilər. Belə vəziyyətlərdə ağrıkəsici-hərarət azaldıcı preparatlardan istifadə edilə bilər. Çox nadir olaraq ense-falopatiya və ya iflicə səbəb ola bildikləri bildirilsə də bu mövzuda yetərli fikir birliyi yoxdur.
  5. Peyvəndin bir dozu unudularsa və ya zamanı keçərsə nə etməli?
    -Peyvəndlər arasındakı zaman müddətinin uzun olması peyvəndə qarşı olan reaksiyanı azaltmaz. Belə hallarda peyvəndə yenidən başlamağa ehtiyac yoxdur. Peyvənd cədvəlinə qaldığı yerdən davam edilir.
  6. Xəstə uşağa peyvənd vurula-bilərmi?
    -Yüngül qızdırma, qrip və ishal vəziyyətləri peyvənd vurulması üçün əks göstəriş deyil.
  7. Vərəm peyvəndi vurulan yerdə nə kimi dəyişikliklər görülə bilər?
    -Vərəm peyvəndi sol çiyinə vurulur. Bir neçə həftə ərzində iynə yerində şişlik və ardınca qabıqlanma olur. Bəzən qabıq altından qanama və ya axıntı da ola bilər. Daha sonra isə iz buraxaraq sağalır.
  8. Peyvənddən sonra uşaq duş qəbul edə bilərmi?
    -BCG (vərəm) peyvəndi xaricindəki bütün peyvəndlərdən sonra uşaqlar duş qəbul edə bilər. Vərəm peyvəndindən sonra isə iynə yerinə 3 gün su dəyməməlidir.
  9. Su çiçəyi peyvəndi vurulurmu?
    -Məcburi peyvənd olmamaqla bərabər 12 aylıqdan sonra vurula bilər. Su çiçəyi peyvəndindən sonra da uşaqlar su çiçəyinə yoluxa bilər. Ancaq çox yüngül keçirirlər. 12 yaşın altındakı uşaqlara tək doza, üstündəki uşaqlara isə 2 ay ara ilə iki doza vurulması məsləhət görülür.
  10. Bütün hepatitlərə qarşı peyvənd varmı?
    -Hepatit B ilə Hepatit A’ya qarşı peyvənd var. Hepatit C üçün isə peyvənd yoxdur. Hepatit B peyvəndi məcburi peyvəndlər cədvəlində var. Hepatit A peyvəndi isə ailələrin istəyinə bağlı olaraq 12 aylıqdan sonra vurula bilər. 6 ay ara ilə 2 doz vurulması məsləhət görülür.

Əli Quliyev
Pediatr

Şərh yaz