2013-cü ilin yay mövsümünün ən dəbli xanımı olmaq üçün…

loading...

Moda rəngləri təqib edib, mövsümdə nə varsa onu geyməkdir, yoxsa aynada gördüyün öz yaratdığın bütünlükdür? Tərzini meydana çıxarmadan dəbli görünmək mümkün deyil. Xanım.net bu mövzuda da Sizə yardımçı olmağa çalışacaq. Beləliklə bu yay həm özünəməxsus, həm də dəbli görünməyiniz üçün kiçik sirrlər:

Əvvəl rənglər; Limon sarısı, qırmızı, yaşılın hər tonu və əlvan rənglərə üstünlük veririk.

Naxışlar; Eninə və boyuna xəttlər, çiçək naxışları bu yayın ən dəbli nümunələridir.

Parça seçimi: şifon paltarlar, mini şortlar, uzun ətəklər, qara mini paltarlar 2013 yay mövsümündə ən çox üstünlük verilənlərdən olacaq.

Pudra tonları, hər rənglə uyğunluq təmin edə bilər. Bu tonları ən çox ayaqqabılarda görəcəyik bu mövsümdə.

Lakin bunları bilmək yetərli deyil. Bir az da öz fantaziyanızı işə salmalısınız. Burada əsas məqam rəng seçimini düzgün etməkdir. Düzgün kombinasiyalar üçün sadə, donuq rənglərə 1ton əlvan rəng əlavə etməyinizdir. ( və ya əksinə).

Bütün bunları nəzərə alsanız 2013-cü ilin yay mövsümünün ən zövqlü və dəbli xanımlarından olacaqsınız.

Şərh yaz