2014-2015-ci il payız-qış mövsümünün dəbi

loading...

60-cı illərin dəbi

60-cı illərin dəbi artıq ardıcıl olaraq bir neçə ildir ki, məşhur dəb evləri tərəfindən dəbli kolleksiyalarda nümayiş etdirilir. 2014-2015-ci il payız-qış mövsümündə 60-cı illərin dəbi xüsusi trenddir. Bu stildə olan sviterlər, beretlər, düz tikilişli paltolar və A-siluetli donlar çox aktualdır. Bu stilin dəbli naxışı isə parlaq həndəsə fiqurlar hesab edilir.

Abstrakt naxışlar

Abstraksionist-rəssamların əsərlərinə bənzər naxışlar 2014-2015-ci il payış-qış mövsümünün sözsüz trendidir. Onları məşhur dəb evlərinin kolleksiyalarında da görmək mümkündür. Müasir incəsənət dəb dünyasında rəssamlar üçün ilham olub. Əgər siz də belə şəkillərə laqeyd deyilsinizsə, bu zaman parlaq abstrakt naxışlara diqqət edə bilərsiniz.

Jiletlər

Uzadılmış jilet də bu mövsümün dəbli aksessuarıdır. Xüsusilə ciddi kişi stilində olan klassik jiletlər daha dəbli görünür.

Kişi stili

Ümumiyyətlə bu mövsüm kişi dəbi biznes-xanımın bütöv obrazına təsir edir. Lakin ağ köynəkli kostyumlar “kişi stilindən” başqa özündə “çalışqan məktəbli” obrazını da gizlədir.

Xəz

2014-2015 payız-qız mövsümündə dizaynerlər öz palto kolleksiyalarında palto, papaq, jaket və hətta donların, ətəklərin yaradılması üçün fəal olaraq xəzdən istifadə edirlər.

İri həcmli geyimlər

Trend olaraq həcm bir çox mövsüm yeniliklərini müəyyən edir. Bu yalnız paltolara deyil, həm də qadın qarderobunun digər əşyalarına da aiddir.

Parlaq kürklər

Müxtəlif rəngli xəzdən hazırlanmış qeyri-adi həcmli yarımkürklər hər zaman olduğu kimi çox gözəl və zərif görünür. Əgər siz həmişə qeyri-standart kürk istəyib lakin onu daşımağa utanmısınızsa, bu halda 2014-2015-ci ilin payız-qış mövsümündə siz ürəklə onlardan istifadə edə bilərsiniz.

Qızılı parıltı

Bu mövsümdə əyləncə gecələri üçün qızılı parıltı və ya strazlı geyimlər daha çox dəbdə olacaq. 2014-2015-ci il payız-qış mövsümündə mirvaridən və təmtəraqlı naxışlardan hazırlanmış axşam donları dəb nümayişlərində gözqamaşdırıcı görünür.

90-cı illərin dəbi

90-cı illərin dəbi bu payız və qış aylarında ən radikal formada görünür. Lakin bu stildə olan geyimlər dəb sənayesinin müasirliyi ilə qarışır. Məhz 90-cı illərin dəbinin sayəsində bu mövsüm həcmli kisəyə bənzər əşyalar çox dəbdə olacaq.

Qırmızı çalar

Qırmızı rəng bu mövsümün əsl hitidir. Xüsusilə qırmızı və ya al-qırmızı rəngli donlar aktualdır. Ofis üçün xanımlar bir az tünd çaxır çalarlarında olan və ciddi biçimli geyimlər, axşam çıxışı üçün isə al-qırmızı və seksual kəsikli libaslar uyğun gələcək.

loading...
Şərh yaz