2014-2015-ci il üçün kokteyl donlar

loading...

Xatırladaq ki, kokteyl vaxtı təxminən saat 17:00-19:00 arasında olur. Lakin yenə də, tədbirə yola düşməzdən əvvəl onun xarakterini dəqiqləşdirmək lazımdır ki, sizin geyiminiz yerə və vaxta uyğun olsun. Kokteyl donu demək olar ki, əsasən uzun olan gecə libası qarşısında böyük üstünlüklərə malikdir. Məsələ ondadır ki, kokteyl donunun təmtərağını asanlıqla dəyişdirmək olar. Yəni aksessuarların sayəsində libasa müəyyən təmtəraq əlavə etmək olar (hündür daban ayaqqabılar, bijuteriyalar, strazlı klatçlar və ya qara-qonur tülkü xəzi).

Kokteyl donlarında hara getmək olar? Variant çoxdur, məsələn, teatra, sərgiyə, yaxınların və dostların ad günü mərasimlərinə və s.

Kokteyl donlarının uzunluğu dizə qədərdir və tədbirdən və havadan asılı olaraq o dekolte, qollu və ya qolsuz ola bilər.

Sizə kokteyl donları nümunələrini təqdim edirik:

[justified_image_grid facebook_id=122845817774316 facebook_album=729407950451430]

Şərh yaz