2014-cü ildə dəbdə olacaq köynək modelləri

loading...

Sizin gözəl və zərif görünmənizə dəbli köynəklər kömək edəcək. Belə geyim 2014-cü ilin ən aktual trendlərindən biri olacaq. Hər il olduğu kimi, bu il də dizaynerlər öz yeni kolleksiyalarında bir çox orijinal modellər təqdim edir.

Bu mövsümdə dəbdə, parlaq və rəngarəng köynəklər olduğu üçün təmkinliliyi unutmaq lazımdır. Belə köynəklər qadın cazibədarlığını vurğulamaq üçün yaranmışdır. Onlar yüngül və nazik materiallardan tikilir. Yayda bədənə yumşaq oturan zərif parçadan gözəl nə ola bilər?

Biz sizə bu il dəbdə olacaq bir neçə köynək modelini təqdim edirik.

  • Sadə biçimli modellər. Gen və sadə biçimli köynəklər modapərəstin qarderobunun prioritetli predmetləridir. Onları həm də qısa don kimi, yüksək dabanlı ayaqqabılarla da geyinmək olar. İncə belinizi vurğulamaq üçün, gözəl qayışdan istifadə edə bilərsiniz. Dəb dünyasının nüfuzlu nümayəndələri belə köynəkləri yüngül şalvarlarla geyinməyi məsləhət görürlər. Romantik əhval-ruhiyyəni vurğulamaq üçün, yaxası bantla işlənilmiş gen köynəklərdən istifadə edin.1
  • Kürəyi açıq modellər. Kürəyi açıq köynəklər çox incə və qəşəng görünür! Bu tip köynəkləri Kristian Dior, Oskar de la Renta kimi modelyerlərdə də tövsiyə edir. Zərif materialdan hazırlanmış və kürəyində dərin kəsik olan köynək çox maraqlı və qeyri adi görünür.
  • Şəffaf modellər. Əcaib və şəffaf modellər də bu il dəbdədir. Belə modelləri demək olar ki, hər bir dəbli moda evi təqdim edir. Onlar xanımların cazibədarlığını vurğulayırlar. Əgər siz məhz belə modellərə üstünlük verirsinizsə, bu zaman ona uyğun gözəl alt paltarı seçməyi unutmayın.3
  • Güllü, zolaqlı və noxud naxışlı materiallardan hazırlanmış köynəklər. Zərif çiçək ornamentləri ilə işlənmiş gen köynəklər demək olar ki, hər bir kolleksiyada var. Bu hər bir qadına yaraşan həm də bu il aktual olan bir variantdır. Daha bir dəbli model – noxud naxışlı parçalardan tikilmiş köynəklərdir. Belə naxışlar böyük və kiçik, rəngli və ağ-qara rənglərdə ola bilər. Ancaq unutmayın ki, noxud naxışlı geyimlər sizi bir az kök də göstərə bilər.4
  • Zərif krujevalı köynəklər. Krujevalı köynəklər yaz-yay mövsümünün trendidir. Modelyerlər krujevalı materiallardan hazırlanmış müxtəlif formalarda olan köynəkləri təklif edirlər. Krujeva istənilən qadında çox gözəl görünür. Satışda parlaq rənglərdə krujevalı köynəklər olsa da, pastel çalarlarında olan modellər daha aktualdır.6
  • Asimmetrik modellər. Yayda bir çox qızlar donların yerinə yüngül köynəklər geyinməyə üstünlük verirlər. Bu il asimmetrik formalar aktual olduğu üçün, köynəklər daha çox qeydi-adi biçimdə olacaq və ya obrazı cazibədar edən yalnız bir qollu köynəklər dəbdə olacaq.

Qadın köynəkləri ipəkdən, atlasdan, krujevadan, gipürdən, şifondan, trikotajdan, kətandan və pambıqdan tikilir. Bunlar modelyerlər tərəfindən fəal istifadə olunan materiallardır. Gündəlik həyat tərzi üçün isə trikotajdan, kətandan və şifondan tikilmiş köynəklər daha uyğundur. Əyləncə gecələri və mərasimlər üçün atlasdan, krujevadan və ipəkdən tikilmiş modellər uyğun ola bilər.

Şərh yaz