2014-cü ilin dəbli sarafanları

loading...

Sarafan – yay üçün əvəzolunmaz geyimdir. O həm çimərlikdə istirahət üçün, həm bağ üçün, həm şəhər gəzintisi üçün, həm də ki, romantik görüş üçün uyğun gəlir. Sadəcə əsas odur ki, uyğun sarafan fasonunu seçəsiniz.

Sarafanlar mövsümün bütün aktual tendensiyalarını özlərinə “mənimsəyiblər”: krujeva, çiçək naxışları, cins, ağ rəng, saçaq, kəsiklər, metal parıltı, dəniz stili və s. Bundan başqa, çox vaxt assimetrik modellərə də rast gəlmək olur. Biz sizə 2014-cü ilin ən dəbli sarafan modellərini təqdim edirik.

Ən məşhur sarafan modellərindən biri – çiçək naxışlı maksinin boş sarafanlarıdır. Bu həm parlaq çiçək naxışları, həm ağ-qara, tropik abstrakt və etno-stilində olan gül naxışları ola bilər.

Krujevalı sarafanlar xanımlara xüsusi gözəllik və zəriflik verir.

Dəniz stilində olan sarafan modelləri daha çox ağ və mavi rəngli zolaqlı parçalardan tikilir.
Bundan başqa cəsarətli xanımlar həmçinin heyvan şəkilləri əks olunmuş parçalardan tikilən donlara da üstünlük verirlər.

Mövsümdə daha çox bir rəngli parçalardan tikilmiş donlar aktual olacaq. Əsasən xanımlar çəhrayı rəng çalarlarına üstünlük verəcəklər.

loading...
Şərh yaz