2014-cü ilin dəbli toy aksessuarları - Xanim.Net 2014-cü ilin dəbli toy aksessuarları

2014-cü ilin dəbli toy aksessuarları

Müəllif:

Hər bir gəlin müxtəlif aksessuarların köməyi ilə toy günü öz təkrarolunmaz obrazını yarada bilər.

Saçlar üçün aksessuarlar

Artıq ənənəvi, uzun duvaqın yerinə saçlar üçün müxtəlif çələnglər və sancaqlar istifadə olunur. Bir çox parlaq qaşlarla bəzədilmiş bu aksessuarlar gəlinlərimizin zərif obrazlarını tamamlayacaq.

2014-cü ildə dizaynerlər əvvəlki illərdən daha çox parlaq və orijinal aksessuarlar təklif edirlər.
Dar Sara dəb evi gəlinlərə bir çox qığılcım saçan ulduzlar şəklində olan bəzəklər təklif edir. Viktorio və Luçino dəb evi isə tarla güllərindən yığılmış çələnglər təklif edir. Belə çələnglər nazik və krujevalı parçalardan hazırlanmış libaslarla qeyri-adi və zərif görünür.

Əvvəlki kimi mövsümün trendi olaraq aksessuarlarda çiçək formalarından istifadə qalır. Gül formasında hazırlanmış zərif bəzəkləri Maks Maranın, Jenifer Behrnın, Raymon Bundonun kolleksiyalarında görmək olar.
Yunan stilində olan libaslara üstünlük verən gəlinlər üçün dalğalı saçlarda, hörüklərdə və antik saç düzümlərində əla görsənən budaqlar və yarpaqlar şəklində olan bəzəklər dəbdə olacaq. Belə bəzəklərə bir çox tanınmış modelyerlərin kolleksiyalarında rast gəlinir.

Parlaq və yadda qalan obraz yaratmaq üçün ipəkdən və ya krujevalı materialdan kristallarla və qaşlarla bəzədilmiş saç sarğılarından və lentlərdən istifadə etmək olar. Belə aksessuarlar hamar at quyruğu və topuz formasında olan saç düzümlərində mükəmməl görsənəcək.

Duvaq və örtük

Əgər sizin üçün gəlinliyin əsas aksessuarı duvaqdırsa, bu zaman xüsusi ilə sizin üçün 2014-cü ildə dizaynerlər, həm krujevalı materialdan olan duvaqları, həm də ki, müxtəlif aksessuarlarla uyğunlaşdırılmış fataları təqdim edir. Daha zərif obrazın yaradılması üçün dizaynerlər gəlinlərin saç düzümlərini güllərlə və gözəl sancaqlarla uyğunlaşdırılmış incə duvaqlarla bəzəməyi təklif edirlər.

Qayışlar və bel bağıları

2014-cü ildə dəbli toy nümayişlərinin əsas trendlərindən biri də qayışlar və bel bağları oldu. Raymon Bundo və Maks Mara pastel çalarlarda olan atlas və ipək lentlərin köməyi ilə gəlinin belinə diqqəti cəlb etməyi təklif edir.
Kök xanımlar isə orta endə olan qayışlardan istifadə etməklə, vizual olaraq problemli zonalara düzəliş edə bilərlər. Qaşlarla bəzədilmiş incə qayışlar müxtəlif uzunluqda olan A-siluetli donlar üçün uyğun gələcək. Unutmayın ki, belə qayışlar gəlinin digər bəzək aksessuarlarıyla uyğunlaşmalıdır və harmonik obraz yaratmalıdır.

Zərgərlik əşyaları

2014-cü ildə dizaynerlər həm klassik zərif bəzəkləri, həm də böyük və parlaq modelləri təklif edir.
Təmkinli obraz üçün kiçik bəzəklərdən, məsələn, kiçik sırğalar və mirvaridən olan zərif bəzəklərdən istifadə etmək tövsiyə olunur. Əgər siz açıq çiyinlərlə və ya dekolte gəlinlik dəstini seçmisinizsə, bu zaman obrazı böyük sırğalar və ya orijinal boyunbağılarla tamamlamaq olar.

Əgər siz toya qolbaq salmağa qərar vermisinizsə, bu zaman nəzərə alın ki, iri metal modellər düz biçimli ipək və atlasdan hazırlanmış gəlinliklər üçün daha uyğundur. Krujevalı libaslara isə qaşlarla və ya kristallarla bəzədilmiş qolbaqlar daha çox uyğun gələcək. Nazik kulonlu brasletlər bütün gəlinliklər üçün universal variant hesab olunur.