3 Günə ana südünü nə artırar?

loading...

Ana südünün get-gedə azaldığını hiss edirisinizsə uşağınıza süni qida verməyə tələsməyin. Südünüzü artırmaq üçün tədbir görün.

Hər 1,5-2 ay süd bir qədər azalır. Birinci belə krizisi dəf etdikdən sonra südünüzün daha çox gəldiyini hiss edəcəksiniz.

Laktasiyanı artıran qida növləri

Süd verən ana iki dəfə artıq deyil, düzgün qidalanmalıdır. Onun rasionunda hər gün mal əti, toyuq və ya balıq olmalıdır. Bundan əlavə masanızda 250 qr süd və ya qatıq, 100-150 qr kəsmik, 20-30 qr bərk pendir olmalıdır. Ana gündəlik 2 litr maye (şorba daxildir) içməlidir. Süd gətirən vasitələrdən biri 3-4 xörək qaşığı kökün üzərinə süd əlavə edərək yeməkdir.

Körpəni tez-tez əmizdirdikdə də laktasiya artır. Həmçinin ana südünün artmasına vanna qəbulu müsbət təsir göstərir. Lakin, bundan sonra döşlərin isti saxlanılması vacib şərtdir. Ən yaxşısı isə vanna qəbulundan sonra yatağa uzanmaqdır.

İstirahət və gəzinti də süd artımına müsbət təsir göstərir. Bundan əlavə xüsusi idman hərəkətləri ana südünü artırır. Bu həmçinin sinə formanızı qorumağa kömək edir. Ana südünü artırmaq üçün döşlərinizi 2-3 dəqiqə gənəgərçək yağı ilə saat əqrəbi istiqamətində masaj edin. Döşün giləsini yağlamaq lazım deyil.

Otlardan süd artıranlar 3 qrupa ayrılır:

  • I qrup – şüyüt, raziyana, qara çörəkotu (ananın həzm prosesində problem varsa).
  • II qrup – nanə, melisa (ananın sinir sistemində problem varsa).
  • III qrup – gicitkan (anada qanazlığı müşayət olunursa).
Şərh yaz