3 il həsrətlə gözləmişəm

loading...

Hekayəmi ilk öncə ondan başlayım ki, mən övladımı 3 il həsrətlə gözləmişəm. Müalicələr, əməliyyatlar, ağrılı prosedurların sayəsində nəhayət ki, mən hamilə qaldım.

Qızımın doğum gününü həkimlər may ayının 11-nə təyyin etsələr də, uşaqlığımın yəhərvari formada olduğundan xəbərdar idim və körpəmi daha tez dünyaya gətirəcəyimdən əmin idim. Yoldaşımla hər ikimiz buğa bürcü olduğumuz üçün balamızın da eyni bürcdən olacağı bizi sevindirirdi. Amma düşündüyüm kimi olmadı.

Övladım gözlədiyimdən də tez gəldi dünyaya. Aprel ayının 20-si günü səhər tezdən dölyani suyun açıldığını gördüm. Bu haqda saysız-hesabsız məqalələr oxusam da həyəcan bürüdü məni. Yoldaşımı oyandırdım. Onun bu xəbərə ilk söylədiyi söz artıq evimizdə lətifəyə dönübdür.

-Ay daaa, bircə gün dözə bilmədi bu balaca? İndi buğa olmayacaq –dedi

Uzun sözün qısası yollandıq xəstəxanaya. Plansız şəkildə gəldiyimiz üçün əməliyyat zalları dolu idi və mən 5 saat sancı çəkməli oldum. Hələ də körpəmin təbii yoxsa keysəriyə əməliyyatı yolu ilə dünyaya gələcəyini qərara almamışdım. Lakin yoldaşım mənim yerimə qəti qərar verdi ki, məsələni şansa buraxmaq olmaz. “Biz bu günü 3 ildir ki gözləyirik və əməliyyat zalı boşalan kimi əməliyyat olunmalısan” dedi.

Sancılarım elə güclənmişdir ki, etiraz etmədən həkimə əməliyyata hazır olduğumu bildirdim. Kamal həkimin işinə çox məsuliyyətlə yanaşdığını bilirdim. Buna görə də heç qorxmurdum. Əməliyyat otağına girdiyimdə gülərüz personal, həzin caz musiqisi isə məni lap rahatlandırdı. Saat 14.00-da çəkisi 3 kq, boyu 50 sm olan çox gözəl və zərif bir qız uşağı gətirdim dünyaya.

Arzu edirəm, bütün qadınlara qismət olsun bu gözəl anı yaşamaq.

Amin!

loading...
SHARE
Şərh yaz