Ailənin psixoloji iqlimi

loading...

“Ailənin psixoloji iqlimi”nin elmi ədəbiyyatda sinonimləri “ailənin psixoloji atmosferi”, “emosional ailə iqlimi”, “sosial – psixoloji ailə iqlimi” və s.dir. Bu birləşmələr arasında heç bir fikir müxtəlifliyi yoxdur. Sosial psixoloji ailə iqlimi əsasən evdə ər-arvad arasındakı münasibətin formasını izah edir. Ailənin psixoloji iqlimi isə ailədaxili münasibətlər mənasını verir.

Ailənin psixoloji iqlimini elə ailə üzvləri özləri yaradır. Bu iqlimin ovqatından asılı olaraq nikah qısa və ya uzunömürlü ola bilir. Ailə daxilində bir-birinə hörmət, məhəbbət, qayğı, ailə məsuliyyəti, etibar, bu ailəyə məxsus olduğu üçün qürur hissi, hər dəqiqə ailə üzvlərinin hər hansı bir işinə yardım göstərmək hissləri olduqda ailənin xoş iqlimi yaranır.

Belə iqlimə malik olan ailə üzvləri boş vaxtlarını birlikdə keçirmək, maraqlı mövzuları birlikdə müzakirə etmək, ev işlərini birlikdə yerinə yetirmək istəyirlər. Belə ailə üzvləri bir-birilərinin hərəkətlərini dəyərləndirməyi bacarırlar. Belə iqlim ailə üzvləri arasında hormoniya yaradaraq ailədə baş verə biləcək münaqişələrin qarşısını alır və ailəni stress vəziyyətindən uzaqlaşdırır.

Ailə qurub birlikdə yaşamağı qərara alan insanlar ailədə münaqişələrin yaranmasına yol verməməlidirlər, bir-birilərinə güzəştə getməyi bacarmalıdırlar, ən əsası isə tərəflər arasında qarşılıqlı anlaşma, hörmət, inam olmalıdır.

Əgər ailə üzvləri arasında tez-tez münaqişələr baş verirsə və ailə üzvləri daim belə münaqişələrdən stress keçirib, depressiya halına düşürlərsə belə ailələrin iqlimi demək olar ki, korlanmış halda olur. Belə ailədə insanlar emosional narahatlıq keçirir. Ailə üzvləri çalışmalıdırlar ki, korlanmış ailənin psixoloji iqlimini özləri düzəltsinlər.

Korlanmış psixoloji ailədə insanların bir-birinə, digər insanlara, işə və onu əhatə edən hər şeyə münasibəti dəyişir. Yaxşı emosional iqlimə malik olan ailələrin nikahı uzumömürlü olur. Ailədəki psixoloji sağlamlıq ailənin bütün üzvlərindən  birbaşa asılıdır.

Şərh yaz