Alma – əbədi cavanlıq mənbəyi

loading...

İngilislər “əgər hər gün bir alma yesək, onda həkimləri unudarıq” ifadəsini əbəs yerə işlətmir. Biz sizə bir sıra möcüzəvi xüsusiyyətlərə malik olan meyvədən, yəni almadan danışacağıq.

Almanın tərkibində dərimiz, saçlarımız və dırnaqlarımız, yəni bizim gözəlliyimiz üçün inanılmaz dərəcədə faydalı kompomentlər mövcuddur. Onların arasında beta-karotin və E vitamini kollogenin yaranmasını stimullaşdırır, riboflavin və P vitamini isə hüceyrələri oksigenlə zənginləşdirir.

Bundan başqa, almanın tərkibində orqanizmə lazım olan yod, fosfor, kalium, dəmir, kükürd, xrom, nikel, sink və antioksidləşdiricilər mövcuddur. Əbədi cavanlıq mənbəyi, almalar, həmçinin tərkibindəki pektinin sayəsində orqanizmdən zəhərli maddələrin çıxarılmasına imkan yaradır. Daha çox yaşıl almaların tərkibində olan çox faydalı C vitamininin faydasını da unutmayaq.

İstənilən meyvəni hər hansı istilik emalı olmadan, yəni təzə halda yemək lazımdır. Almanın qabığında bir çox faydalı maddə olduğu üçün, onun qabığını təmizləmək tövsiyə edilmir, sadəcə almaları təmiz yuyub və silmək kifayətdir.

Yəqin ki, siz artıq alma pəhrizinin effektivliyi haqqında çox eşitmisiniz. Sən demə, yaşıl almanın ətiri insanı aclıq hissindən azad edir. Bundan əlavə o bütün günü gümrahlıq və pozitivliklə yükləyir. Alma ətrini siz həmçinin bir çox fitnes-klublarda da hiss edə bilərsiniz. Hesab edilir ki, alma ətri idmanla məşğul olan insanlarda motivasiya yaradır və fiziki fəallığı artırır.

Bu meyvənin şirəsi dərini qidalandırır, nəmləndirir, təmizləyir və dərini canlandırır, həmçinin hüceyrələrin sürətli regenerasiyasına imkan yaradır. Sizə ev şəraitində almadan hazırlanmış bir neçə kosmetik vasitələrin reseptini təqdim edirik.

Yağlı dəri üçün maska

Yaşıl almanın yarısını sürtkəcin xırda gözündən keçirin və ya blenderdə xırdalayın. Sonra almanı bir çay qaşığı azca xarlanmış balla qarışdırın, üzərinə 1 çay qaşığı təzə limon şirəsi və yarım çay qaşığı zeytun yağı əlavə edin. Alınmış qarışığı üz və boyun nahiyəsinə çəkin və 15 dəqiqədən sonra mineral su ilə yuyun.

Solğun dərini cavanlaşdıran losyon

2 xörək qaşığı alma ağacının xırdalanmış qabığının üzərinə 300 ml su əlavə edib və yarım saat ərzində buxarda saxlamaq lazımdır. Bu qayda ilə həmçinin 1 xörək qaşığı çobanyastığını 100 ml su ilə hazırlamaq lazımdır. Hər iki həlimi birləşdirin və tünd şüşəli butulkaya tökün. Bu losyonla dərinizi hər gün yatmazdan iki saat əvvəl silin.

Həssas dərini sakitləşdirən maska

Bir alma şirəsini 1 xörək qaşığı üyüdülmüş yulaf yarması ilə qarışdırın və üzərinə biraz qaymaq əlavə edin. 30 dəqiqə ərzində alınmış qarışığı üzünüzə çəkin. Küləkli və şaxtalı hava şəraitində belə maska xüsusilə faydalı olacaq, çünki o dərini müdafiə edəcək və qabıqlanmadan qoruyacaq.
Hər hansı bir maskaya almaları istifadədən əvvəl 2 yerə bölün və bir neçə dəqiqəlik saxlayın. Bu zaman almalar tündləşəcək və daha xeyirli olacaq.

Faydalı almalar azad radikalların öhdəsindən yaxşı gəldiyi üçün, alma cövhərləri dərinin elastikliyini saxlayan müxtəlif kosmetik preparatlarda tətbiq edilir.

Əllərin kobudlaşmış dərisini yumşaltmaq üçün alma dilimini və ya almanın qabığını əllərə sürtmək lazımdır, sonra sərin su ilə əlləri yuyub qidalandırıcı krem çəkmək lazımdır. Dabanlarda çatlardan qurtulmaq üçün, almanı süddə sıyıq halına qədər qaynadın və alınmış qarışığı biraz soyuduqdan sonra qalın qatla zərər dəymiş, çatlamış sahələrə çəkin. Bu proseduru hər gün yerinə yetirmək lazımdır.

Sinə və dekolte nahiyəsinə də müntəzəm qulluq çox əhəmiyyətlidir. Bunun üçün sürtkəcin xırda gözündə iki orta ölçülü almanı keçirdin və iki yumurtanın ağı ilə qarışdırın. Maskanı on dəqiqəyə sinə və dekolte nayihəsinə çəkin. O dərini dartdırır, hamarlayıb ipək kimi edir və təravətləndirir.

Əgər axşama doğru ayaqlarınız yorulursa, az miqdarda alma sirkəsi ilə pəncələrdən dizlərə hərəkət edərək baldırlarınızı masaj edin. Ombaları masaj edərək siz həm də sellulitin və dəri dartılmalarının qarşısını almış olacaqsınız.

Alma həmçinin baş dərisinə və saçlara da çox yaxşı təsir edir. Almanın cövhəri turşu balansını, rütubəti bərpa edir və antistatik təsir göstərir. Yağlı saçlar üçün təmizlənmiş almadan, limon şirəsindən və alma sirkəsindən hazırlanmış maskanı yoxlaya bilərsiniz. Belə tərkibi quru saçlara yumazdan yarım saata əvvəl çəkmək lazımdır.

Xüsusi yaxalayıcı vasitə saçlarınıza parıltı verəcək. Bunun üçün dörd almanın qabığının və tumlarının üstünə 1 stəkan qaynar su, sonra 1 çay qaşığı bal, yarım çay qaşığı limon turşusu əlavə edin və qaynadın və daha sonra 10 dəqiqə ərzində aşağı qazda saxlayın. Alınmış məhlul soyuduqdan sonra, onu tünd şüşəli butulkaya tökün və mütəmadi olaraq saçlarınızı yaxalayın. İki həftədən sonra saçlarınız ipək kimi, sözəbaxan, parlaq və güclü olacaq.

Quru saçlar üçün isə zeytun yağında qaynadılmış almadan maska hazırlamaq olar. Alınmış sıyıq vəziyyətində olan məhlulu saçlarınızı yumazdan 1 saat əvvəl quru saçlara çəkin və dəsmala bürüyün.

loading...
Şərh yaz