Almalı Toyuq

1234

Sənə lazım olacaq:

  • Toyuq filesi 200 qr
  • Yaşıl alma 1 ədəd
  • Şəkər tozu 50 qr
  • Hazır marakuya sousu 50 qr
loading...

Bilirik, toyuqdan daha nə hazırlaya biləcəyin haqda çox düşünürsən. Ona görə də biz məhz sənin üçün çox tez hazırlana bilən bir toyuq yeməyi seçdik. Bu yeməyi həm gündəlik, həm də qonaqlıq süfrəsi üçün bişirə bilərsən.

Hazırlanma qaydası:

  1. Toyuğun filesini halqavarı şəkildə doğra.
  2. Fileni bir qədər pörtlət.
  3. Yaşıl almanı kub şəklində doğra.
  4. Alma kublarını şəkər tozuyla birlikdə bitki yağinda qızart.
  5. Toyuq filesinə marakuya sousu əlavə edib, qarnir olaraq almalarla bərabər süfrəyə ver.

MƏSLBHƏT: Toyuğun yerinə dana ətindən də istifadə edə bilərsən.

loading...
SHARE
Şərh yaz