Ananaslı piroq

loading...

Hazırlanması çox sadə olan bu piroq sizin və yaxınlarınızın mütləq xoşuna gələcək.
Piroqun hazırlanma vaxtı 1,5 saatdır.

Lazımlı inqrediyentlər:

  • 6 dilim ananas (dairəvi formada kəsilmiş),
  • yumurta – 4 ədəd,
  • albalı qurusu – 6 ədəd,
  • kərə yağı – 300 q.,
  • süd – 6 x.q.,
  • şəkər – 550 q.,
  • buğda unu – 300 q.

Hazırlıq prosesi:

  1. Sobanı 180 dərəcəyə qədər qızdırın.
  2. 250 q. şəkər və 200 ml sudan qənd siropu hazırlayın, sonra onu bişirmək üçün düzbucaqlı formaya tökün və fırça ilə formanın diblərinə və qıraqlarına yayın. Formanı 2 dəqiqə ərzində sobaya qoyun.
  3. Formaya ananas dilimlərini düzün və hər dilimin ortasına 1 albalı qoyun. (Kompotdan olan albalılardan da istifadə etmək olar.)
  4. Kərə yağını qalan şəkər ilə qarışdırın və üzərinə yumurta əlavə edin. Xəmiri daim qarışdıraraq üzərinə incə axınla un sonra isə süd töküb qarışdırın.
  5. Hazır xəmiri formaya ananasların üzərinə tökün və 40 dəqiqə ərzində sobada bişirin.
  6. 30 dəqiqədən sonra piroqu formadan çıxarıb süfrəyə təqdim edə bilərsiniz.

Nuş olsun!

loading...
Şərh yaz