Aparıcıya bir gecə üçün 20 min manat təklif edildi?

loading...

Azərbaycanlı aparıcı Zemaya bir gecə üçün 20 min manat təklif edən kişi kimdir?

“20 min sayıb göndərirəm, bir gecəlik qadınım ol…”

Teleməkanın ən seksi aparıcısı kimi təqdim olunan Zema ilə söhbətim elə asan alındı ki… Kompleksləri olmayan və suallarımızı səmimiyyətlə cavablandıran Zema axırda bizə “yazıya açıq-saçıq başlıq qoymayın, filan sözü yazmayın ha”- deyə şərt də qoymadı. Necə varsa, elə danışdı. Olduğu kimi.

“Yüz kişinin doxsanı dönüb arxanca “vau” deyə içini çəkirsə…”

– Zema, özünü qlamur xanım sayırsan?

– Yox, Azərbaycanda qlamur həyatı yaşamaq çətindir. Qlamurluq Hollivud ulduzlarına xasdır. Qlamur həyat adi insanların gözündən uzaq olan həyat deməkdir. Bunun üçün insanın ətrafında böyük komandası olmalıdır. Paparasilər sənin getdiyin məkanlardan xəbərdar olmalıdır.

– Gecə həyatın necə, varmı?

– Yoxdur, amma gecəni çox sevirəm və gecələr yatmıram. Mən səhər saat 4-6 radələrində yatıram.

– Soruşmaq pis çıxmasın, yuxunu qaçıran kimdir ki?

– İnternet məlumatları və xarici kanallarında olan gecə proqramları. Onları çox sevirəm və baxmaqdan vaz keçmirəm.

– Səni hər yerdə seksi aparıcı kimi təqdim edirlər, bu səni qıcıqlandırmır ki?

– Əvvəllər bu məni qıcıqlandırırdı, sonra gördüm ki, bu titulu qazanmaq üçün əldən-ayaqdan gedənlər var. Mən seksi aparıcı ilə, Zema deyib çağrılmağım arasında fərq görmürəm.

– Əslində bəzi xanımlar seksi xanım deyə müraciəti kompliment kimi qəbul edirlər…

– Bəli. Azərbaycanda seksi sözünün sinonimi olan cazibədar,ehtiraslı sözündən istifadə olunur. Gözəl sözdür. Məsələ burasındadır ki, hər qadın seksi ola bilmir.

– Seksi olmağın şərtləri nədir? Biz də o qızıl qaydalardan xəbərdar olaq…

– Əgər sən bir məclisə girəndə yüz kişinin doxsanı dönüb arxanca “vau” deyə içini çəkirsə, deməli artıq sən seksi xanımsan.

– Amma deyirlər ki, çox vaxt ehtiraslı görünən qadınlar əslində təbiətcə soyuq olurlar…

– Baxışlar, yeriş, vizual görünüş daxildən gəlməlidir. Əgər gəlmirsə, uduzacaqsan. Beş-üç adamı beləcə aldatmaq olar. Sonra onlar deyəcəklər ki, bu niyə yalandan özünü ehtiraslı göstərməyə çalışır.

– Deyirsən ki, yüz kişidən doxsanı sənə dönüb reaksiya verir, bu reaksiyanın ardınca da təbii ki, ehtiraslı təkliflər gəlməyə başlayır. Bəs bu təkliflər səni qıcıqlandırır?

– Elə də olmalıdır. Elə ona görə, onlar kişidirlər də. Mən ola bilsin ki, o təkliflərə sadəcə gülümsəməklə, kişiləri loru dillə desəm yola verirəm. O yüz kişinin içində bəlkə biri məni valeh eləyə, ya eləməyə. Seksi kişi də hərəkəti, baxışı, hətta adicə bakalı belə necə götürməsi ilə fərqlənə bilər. Kukla kimi bəzənib-düzənib yaraşıqlı görünmək heç də seksi kişi olmaq demək deyil.

Kişini əldə saxlamağın şərtləri…

– Amma rus xanımları bunun əksini deyir…

– Bizim kişilər Rusiyaya gedəndə onları buraxmaq istəmirlər. Amma Rusiyadan gələn kişidən heç kim yapışmır. Kişini yanında saxlamağın da şərtləri var…

Diqqətli olun, Zema o şərtləri sadalayır. Başladıq…

– Birincisi qadın gigiyenik baxımdan təmiz olmalıdır. Üst və alt geyimlərinə qədər seçimi düzgün olmalıdır. Bədən quruluşuna uyğun geyinməlidir. Bəzi qadınlar bunu başa düşmür. Qadın öz eyiblərini elə ört-basdır etməlidir ki, o eyibləri özündən başqa heç kim görməsin. İkinci şərt kişini problemlərlə yükləməməlisən. Dilin şirin olmalıdır, yəni dilinin altına qənd qoymalısan. Həyata da kişinin baxış bucağından baxmalısan. Onda kişi sənindir.

– Niyə Avropa ölkələrindən fərqli olaraq Azərbaycanda kişi qadını yox, qadın kişini itirməkdən qorxur, bu da qadını yazıq və rəzil vəziyyətə salır.

– Kişilər də qorxur, amma bu barədə danışmırlar. Qısqanclıq da itirmək qorxusundan yaranır. Kişinin qadın qarşısında qoyduğu qadağalar elə onu itirmək qorxusundan irəli gəlir.

– Maraqlıdır, hansı kişilər sənin zəhləni tökür?

– Boş-boş danışan, çox rəngli geyimlərə üstünlük verən, özünü gözə soxan kişilərdən zəhləm gedir. Susub, sadəcə hərəkətləri ilə danışan kişiləri sevirəm.

– Yəni əməlləri ilə…

– Bəli.

– Belə başa düşdüm ki, komplekslərin yoxdur.

– Daxili komplekslərim olur, amma bunu bildirmirəm.

Evli kişilərlə eşq yaşayardım…

– Məsələn?

– Biraz kilo alanda kompleksə düşürəm.

– Həmişə açıq-saçıq geyimlərdə olursan. Cəmiyyətin reaksiyasından qorxmursan ki?

– Təzə-təzə vaxtlarda qorxurdum. Evə, işə gedəndə, tanımadığım telefon zəngləri olanda da qorxurdum. Daha sonra öyrəşdim. Əvvəl təpgi oldu, sonra qəbul etdilər, axırda da sevdilər.

– Zəng edib nə deyirdilər ki?

– Eşq yaşamaq, kiminsə qadını olmaq təklifləri alırdım.

– Evli kişilərlə eşq yaşamağa necə baxırsan?

– Əgər onun ailəsində problemi varsa, evliliyi kağız üzərindədirsə, sevgiyə ehtiyacı varsa, başqa məsələ. Mən hər cür ilişkiyə normal baxıram.

– Özünü azad qadın sayırsan?

– Yox, ailəli qadınam.

Bu özəl mesajlar sizi şoka salacaq

– Ərin səni qısqanmır deyəsən?

– Olur, amma çərçivə daxilində. Çünki bilir mən sənət adamıyam.

– Zema, komplekssiz olduğunu indi sübut et, sənə gələn ən son mesajı bizə oxu!

– Rusca yazılıb, tərcümə edəcəyəm: “Zema mənim qadınım ol”. Bir saat qabaq yazılıb.

– Bəlkə birini də oxuyasan. Ən ilginc olanını…

– “20 min sayıb göndərirəm, bir gecəlik qadınım ol…” (Bu mesaj da rusca yazılmışdı – C.S)

– Daha soruşmayacağam getdin, ya getmədin, bu sənin şəxsi həyatındır. Amma səmimiyyətinə görə, çox sağ ol. Nə əcəb seriallardan dəvət almırsan?

– Alıram, sadəcə ürəyimcə olanı yoxdur hələ.

– Yataq səhnəsinə çəkilərdin?

– Baxır necə. Sırf buna görə məni çağırsalar və desələr ki, hə, Zema komplekssizdir, bu rola çəkiləcək, razılıq vermərəm. Amma ümumiyyətlə, maraqlı, cazibədar bir rola çəkilərəm.

Cəvahir Səlimqızı

Foto:Nuron

loading...
SHARE
Şərh yaz