Apqar şkalası

1234
loading...

Doğuşdan 1 dəqiqə sonra uşağın vəziyyəti Apqar şkalası ilə 5 parametrə görə müəyyən edilir: nəbz, nəfəs, əzələ tonusu, üz cizgiləri və dərinin rəngi. 5 dəqiqə sonra təkrar qiymətləndirmə aparılır. Apqar şkalasına görə 0 dan 10 qədər bal hesablanır: 7-10 bal yaxşı, 4-6 kafi sayılır. 4 baldan az toplayan körpənin həyatı təhlükədədir və onun təcili yardıma ehtiyacı vardır deməkdir.

Apqar şkalasına görə qiymətləndirmə nəyə lazımdır?

Apqar şkalası doğuşdan sonra körpəyə təcili yardımın lazım olub olmadığını müəyyənləşdirir. Aşağı göstərici uşağın hipoksiyadan (xroniki, hamiləlik zamanı inkişaf etmiş, və ya kəskin doğuş zamanı əmələ gəlmiş) əziyyət çəkməsini müəyyənləşdirir. Yarımçıq doğulmuş uşaqların Apqar şkalasına görə göstəriciləri nisbətən aşağı olur.

Apqar şkalasının birinci və ikinci göstəriciləri arasında fərq.

Birinci və beşinci dəqiqədə uşağın vəziyyəti ona görə qiymətləndirilir ki, dəyişikliyin dinamikası izlənilsin. İkici qiymətləndirmə zamanı uşağın vəziyyəti yaxşı olduqda bu müsbət dinamikadan xəbər verir.

Aqpara görə aşağı göstəricili uşaqlar inkişafdan geri qalırmı?

Müasir tədqiqatlar sübut edir ki, aşağı göstəricilərlə dünyaya gələn körpələr sonradan öz yaşıdlarından geri  qalmırlar və sağlamlıqlarında problem olmur,  lakin bir müddət uşaq nevroloqunun nəzarəti altında olmalarında fayda var.

Şərh yaz