Arıq göstərən saç düzümü

loading...

Bu gün biz üz formasını vizual olaraq uzada, formanı daha qamətli edə biləcək saç yığımlarından danışacağıq. Unutmayın ki, obrazınız təravətli və harmonik görünməlidir, buna görə yalnız sizin üzünüzə uyğun olanı deyil, həm də bütovlükdə stilinizə, geyim və aksessuarlarınıza uyğun olanı seçin.

Uzun saçlar

Əgər sizin saçlarınız uzundursa, bu zaman onların köməyi ilə həm öz obrazınızı bəzəyə, həm də daha qamətli görünə bilərsiniz. Əgər siz telli saç düzümlərini xoşlayırsınızsa, bu zaman onlar düz və qısa olmamalıdır. Üz formasını vizual olaraq bir az uzada biləcək variant – hər iki tərəfdən buraxılmış yumşaq, geniş tellərdir. Sizin telinizin uzunluğunun düzgün formada olmasından əmin olmaq üçün, onu qulaqlarınızın arxasına yığmağa cəhd edin.

Uzun saçlar üçün növbəti məsləhət: əgər siz həmişə yan saç ayrımıyla bölünmüş açıq saçlara üstünlük verirsinizsə, bu zaman saçları bərabər bölüşdürüb düz saç ayrımını etməyə cəhd edin. Başın ortasındakı saç ayrımı almacıq sümüklərini vizual olaraq daha qabarıq və çevrəsini aydın cızılmış edəcək.

Əgər hesab edirsiniz ki, sizə hamar saçlarda belə saç ayrımı çox sadə görünür, bu zaman yumşaq azca dağıdılmış tellər yaradın ki, obrazınız zərif bohema xüsusiyyətlərini əldə etsin. Üzü vizual olaraq kiçiltmək üçün daha bir üsul – həcmli saç yığımıdır. Bu zaman buruq tellərdən və saç lakından istifadə edə bilərsiniz. Əks üsul – boyun ardında yüksək topuzun yaradılmasıdır ki, bu zaman hamar saçlar üzü dartacaq və nəticədə üzünüz daha incə görünəcək.sac-duzumu

Yumru üz forması olan xanımlar üçün daha çox “pilləli” saç kəsimi uyğun gələcək. Bu zaman diqqət edin ki, bilavasitə yanaqlara yaxın yerləşən telləriniz çənədən bir az aşağıda olsun, yalnız bu halda üz forması oval görünə biləcək. Buruqsaç xanımlar saçların dibində artıq həcmdən və buruqdan imtina etsələr yaxşıdır.

Qısa saçlar

Qısa və ya orta uzunluqda olan saç kəsimləri və yığımları həmçinin vizual olaraq üz formasını balacalaşdıra və boyunu uzada bilər. Müvəffəqiyyətin ilk sirri – assimetriyadır, məhz o problemli yerlərdən diqqəti yayındırmağı bacarır. “Kare” formasında olan saç kəsməsinin bir çox növləri mövcuddur və demək olar ki, o hər kəsə yaraşır. Bu saç kəsiminin forması ovala yaxındır, buna görə o üz formasına düzəliş edə bilir. Ən yaxşı yığma variantı – yüngül dalğalar və orta həcmdir. Artıq həcmli buruqlar sizi zəncirotuya oxşar edəcək. Üz formasını uzatmaq üçün müxtəlif uzunluqda pilləli kəsmələr uyğun gələcək. Saçlar çox hamar olmamalıdır, maraqlı tekstur saç düzümünə ifadəlilik verəcək.

Düzgün rəng seçimi

Saç kəsiminin seçimində yalnız onun forması deyil, həm də onları boyama üsulu əhəmiyyətli rol oynayır. Bildiyiniz kimi, bərbər dəbinin son trendi – ombre texnologiyasıdır. Lakin sizə uyğun saç rəngini seçmək üçün mütəxəssislərə müraciət etsəniz yaxşı olar.

Şərh et