Arıqlamaq istəyirsinizsə, bu yeməklərdən uzaq durun!

loading...

Bir çox xanım artıq çəki problemindən əziyyət çəkir və bu problemi həll etmək üçün var qüvvəsini səfərbər edir. Fasiləsiz məşqlər, pəhrizlər. Amma təəssüf ki, hər şey bununla bitmir. Belə ki, idmandan sonra qida qəbuluna ciddi fikir vermək lazımdır.

İdmandan sonra çiy tərəvəzlərdən, qazlı içkilərdən, duzlu cipslərdən, şirniyyatlardan uzaq durmaq məsləhətdir.

Çiy tərəvəzlər

Çiy tərəvəzlər hər nə qədər sağlam yeməklər olsa da, idman əsnasında itirdiyiniz enerjini tam təmin etmir. İtirilən enerjinin tam bərpası və bədən müqavimətinin düşməməsi üçün çiy tərəvəzləri zülallı məhsullarla əvəzləmək olar.

Qazlı içkilər

Qazlı içkilərin maddələr mübadiləsini yavaşladacaq səviyyədə olması və şəkər saxlaması zərərli hesab olunur. Bunun yerinə mineral suyu seçim etmək olar.

Duzlu cipslər

Kartof cipsi nə qədər cəlbedici görünürsə, tərkibində olan yüksək miqdarda duz, bədəndəki kalium səviyyəsinin azalmasına səbəb olur. Bu baxımdan cipslərin istifadəsi məsləhət deyil.

Şirniyyatlar

Bəzi şirniyyatlar var ki, onları idmandan sonra qəbulu müxtəlif fəsadlara səbəb ola bilər. Şirniyyata olan ehtiyacı şokoladlı südlə əvəzləmək pis olmaz. Həm idmanda itirdiyiniz enerjini bədəninizə təmin edərsiniz, həm də kalsium ehtiyacınızı qarşılayarsınız.