Artıq çəkili xanımlar üçün makiyaj sirrləri

Xanım.net bu dəfə artıq çəkidən əziyyət çəkən xanımlara makiyajla bağlı bir neçə məsləhət təqdim edir:

Artıq çəkili xanımların makiyajında əsas özəllik sifətdə olan həmahəngliyi tuta bilməkdir. Bun üçün yaxşı olardı ki, makiyajdan əvvəl kirşan istifadə edəsiniz. Belə olan halda üzdə olan artıq piylər o qədər də gözə çarpmır.

Qaşları nazik formaya salmaq qətiyyən olmaz. Belə qadınlar heç cür ənliksiz keçinə bilməzlər. Çünki onların yanaqları kök olduğundan almacıqları hiss olunmur. Buna görə də ənlikdən istifadə mütləq şərtdir.

Gözlərə gəlincə isə şişman xanımlar al-əlvan rənglərə üstunlük verməsələr yaxşı olar.

Gözlərin üst və alt hissələrinə qara qələm çəksələr daha cəlbedici görünərlər.

Şərh et