Aşiq olunca nə olur?

Aşiq Olunca, Niyə Axmaq Dərəcəsində Ehtiraslı Bir Beynimiz Olur? 
Sual çox çətin və uzundur.
Aşiq olma hadisəsində; beyində fenil və bunun bənzəri bir çox maddə ifraz olunur.. Bunun başlanğıcı necə tətiklənir o ayrı mövzudur..
Bu maddələr insan psixologiyasında sizində bildiyiniz bir çox dəyişiklik edir xarici dünyada olanları qəbul etmədə dəyişikliklər və s… Bunlar çox xoş eynilə bir sıra narkotik maddələr kimidir… Bunun dozasına gəldikdə; bütün hekayə burada başlayır, çünki biz bunun dozasını özümüz düşüncə gücü ilə artıra bilirik. Birini tanıyırıq; çox xoş bir iki puls alırıq sonra gerisini biz özümüz yaratmağa başlayırıq.
Artıq o adamdan müstəqil olaraq onu beynimizin, mədəniyyətimizin əlverişli olduğunca böyüdürük. Özümüzə əl çatmaz edirik. Əslində biz onunla deyil “yaratdığımızla” maraqlanırıq. Bu çatılmazın bizə aid olması bizə möhtəşəm həzz verir.. Bu həzzi düşündükcə həzzə zaman ölçüsünü də qatırıq, budur eşq, budur fenil, budur dünyanın ən güclü narkotiki… Artıq bunun dozasını artırmaq sizin əlinizdədir… Düşünərsiniz artar…
Azaltmaq isə əlinizdə deyil. Azaltma ya da “kəsmə” istiqamətində olacaq hər hansı cəhd sizi dəli edər. (eroinman kimi) . Və bunu edəndən, ya da edəcək olandan nifrət edərsiniz .. (Yəni aşiq olduğunuz adam sizi tərk etsə ondan zamanla nifrət edənlərin səbəbi də açıqlanmış olur beləcə)
Siz bu əlçatmazı yaratdıqdan sonra onu şəkilləndirməyə ucaltmağa davam edərsiniz amma O,
sizdən müstəqildir. Ona yaxınlaşdıqca, sizin yaratdığınızdan müstəqil başqa şəxsiyyəti görməyə başlarsınız. O, o qədər kiçikdir ki və fərqlidir ki…
O zaman maddə asılısı kimi dəli olarsınız hər şeyi edərsiniz, yalvararsınız, təhdid edərsiniz, hər cür təbii qabiliyyətlərinizi istifadə edərsiniz… Amma o sizin çatılmazın ola bilməz çünki o qədər axmaqdır ki sizin tanrınız olma şansını görə bilməz..
Onun özünü yeniləyib, sizin yaratdığınızdan daha mükəmməl olma dəyişməsini göstərmə qabiliyyəti yoxdur. Bunu anlamaq hər kəsin bacara biləcəyi şey deyil..
Bunu anlaya bilənlər əsla əlaqəyə dönməzlər… O funksiyasını tamamlamışdır. Bunu söyləyə bilərik Onun üçün:
təşəkkürlər, gülə gülə…
loading...