Ata doğum prosesində iştirak etməlidir mi?

loading...

Artıq doğumun yalnız xanım işinin olmasını düşünənlərin zamanı keçib. 60-70 – ci illərdən etibarən kişilərin doğum vaxtı öz yoldaşları ilə olması dəb halına gəlib.

Qeyd edək ki, belə bir adət ta qədimlərdən var idi. Xanımlar öz ərlərinin qucaqlarında dünyaya övladlarını gətiriblərmiş. Bu zaman ata, ana ilə birlikdə güc verib, ağrısını bölüşməli idi.

Baxmayaraq ki, bir çox kişilər bunun ilə maraqlanırlar, yəni öz övladlarının dünyaya gəlməsinin görmək istəyirlər, bir çoxlarıda hələ belə şeyə hazır olmadıqlarını bildirirlər.

Birgə doğum məsləsi çox ciddi bir hal olduğundan, bunu cütlüklər bərabər həll etməlidirlər. Atanın buna tam razılığı olmalıdır. Əlbəttə birgə doğum çox həyacan verici və çox gözəl bir haldır. Bu zaman dünyaya bir övlad yox bir ailə gəlir. Övladla, onun ilk dəqiqələrindən təmasa girmək, gələcəkdə ata və övlad arasında sıx münsabətlərin zəminidir.

Lakin bir çox atalar bunun üçün özlərində güc tapa bilmirlər. Bəziləri qandan qorxur, digərləri çəkdiyiniz ağrıları görə bilmir, bəziləri huşunu belə itirə bilər. Birgə doğum yalnız o cütlüklərdə alına bilər ki, onların arasında çox sıx mənəvi münasibətlər olsun.

Hər halda bu addımı atmamışdan əvvəl, doğum məsləhətxanalarına getməyiniz tövsiyyə olunur. Orada sizə hər şeyi başa salıb, öyrədəcəklər. Gərar isə sizin öhdəliyinizdə olacaq.

Şərh yaz