Ayaq iyinə qarşı mübarizə apar

loading...

Yəqin bir çoxunuz ayaqqabınızı çıxararkən ayaq iyindən narahatlıq hissi keçirmisiniz. Bu problemi aradan qaldırmaq üçün bir neçə vasitəni nəzərinizə çatdırırıq.

İlk öncə təzə ayaqqabı alarkən onun qoxusuna fikir verin. Sintetik materialdan istehsal olunan ayaqqabının qoxusu xoşagəlməz olur. Lakin bu cür ayaqqabını artıq almısınızsa və bu ayaqqabınız açıq rənglidirsə onun iyindən qurtulmağın əsas yolu gecə yatmadan öncə içinə yemək sodası tökməkdir. Səhər ayaqqabını tozsoranla yaxşı təmizlədikdən sonra geyinə bilərsiniz. Lakin tünd rəngli ayaqqabılarda bu üsuldan istifadə etməyin, çünki soda özündən sonra ləkə izləri qoya bilir.

Bəzən soda əvəzinə uşaq pudrası (присыпка), un, aktivləşdirilmiş kömür və hətta dəniz duzu da istifadə edirlər. Eyni problemlərlə krosovka aldıqda üzləşdikdə krosovkanı paltaryuyan maşında yuya bilərsiniz. Bu halda krosovkaları xüsusi torbalara qoymağınız məsləhətdir. Ayaqqabını qurutduqdan sonra pis qoxudan azad olduğunuzu görəcəksiniz.

Bəzən xoşagəlməz qoxunun səbəbi ayaqqabı deyil, ayaq olur. Xüsusən bu daima ayaq üstə olan adamlarda müşayiət olunur. Ayaqlar tərləyir, dəridən çıxan tər isə ayaqqabıya hopur.

Bu məqamda köməyinizə xüsusi dezodarantlar gələcək. Bundan əlavə ayaqlarınıza xüsusi vannalar edin. Vanna edəcəyiniz suya təzə dəmlənmiş çay tökün və məhlulda ayaqlarınızı 5-10 dəqiqə saxlayın. Bundan sonra ayaqlarınızı sabunla yuyun və pis qoxudan əsər əlamət qalmayacaq.

Şərh yaz