Ayıpəncəsi yağının saçlar üçün faydası

loading...

Ayıpəncəsi yağı, qədimdən müalicəvi xüsusiyyətləri ilə məşhur olub və xüsusilə kosmetologiya sahəsində yaxşı tanınıb. Əgər sizin saçlarınız və ya baş dəriniz tam sağlam deyilsə, bu zaman ayıpəncəsi yağından hazırlanmış maskalardan istifadə edə bilərsiniz. Bu maskaları minimum xərclər ilə adi ev şəraitində də hazırlamaq olar.

Ayıpəncəsi yağının xeyri

Ayıpəncəsi yağını pıtrağın köklərindən hazırlayırlar. Xırdalanmış xammalın üzərinə ilıq zeytun və ya günəbaxan yağını töküb qarşdırmaq, sonra cövhəri süzüb kiçik butulkalara tökmək lazımdır. Bu yağı siz ev şəraitində də hazırlaya bilərsiniz. Bunun üçün 300 q üyüdülmuş, qurudulmuş və xırdalanmış pıtrağın kökləri üçün cəmi 1 litr yağ və iki həftə vaxt lazım olacaq.

Mütəxəssislər ayıpəncəsi yağını, başqa vasitələrə allergiya olduqda və ya onlar kömək etmədikdə, kəpəyin alternativ müalicəsi üçün istifadə etməyi məsləhət görürlər. Bu zaman bir neçə prosedurdan sonra siz artıq lazımi nəticəni əldə edəcəksiniz.

Ayıpəncəsi yağı saçların köklərinə daxil olaraq, başın dərisini qidalandırır və tellərin strukturunu bərpa edir, bundan başqa o çəkilən yerdə qanın mikrosirkulyasiyasını yaxşılaşdırır. Yağın müntəzəm tətbiqi vaxtı siz gözəl effektə malik olacaqsınız – saçlarınız daha sürətli artmağa və daha az tökülməyə başlayacaq, yumadan sonra darama isə bir çox neqativ emosiyalara və ağrılara səbəb olmayacaq.

Ayıpəncəsi yağının tətbiqinin üsulları: maska variantları

Ayıpəncəsi yağını 35-37 dərəcəyə qədər qızdırın və saçlarınızın bütün uzunluğuna çəkin. Baş dərinizi masaj edin, tellərinizi nazik sellofan paketə bükün, üstündən isə dəsmala bürüyün. Bir saatdan sonra saçlarınızı şampun ilə yuyun. Yağın kifayət qədər gec yuyulması üçün, çalışın çox yumşaq vasitələrdən istifadə etməyəsiniz.

Əgər sizi saçlarınızın tökülməsi narahat edirsə, bu zaman kompleks tərkibdən istifadə edə bilərsiniz:

  • buğda rüşeymlərinin yağı;
  • ayıpəncəsi yağı;
  • “Aevit”-in vitamin kompleksi.

Bütün komponentləri qarışdırın, azca qızdırın. Bu zaman unutmayın ki, 60-70 dərəcəyə qədər qızdırılma zamanı onların tərkibindəki faydalı maddələr dağılmağa başlayacaq. Tərkibi yuyulmamış saçlara çəkin və bir saat ərzində saxlayın.

Çox quru saçları bərpa etmək üçün növbəti maskadan istifadə edə bilərsiniz: 2 xörək qaşığı ayıpəncəsi yağı, həmçinin bir neçə damcı çobanyastığı kimi efir yağını qarışdırın, baş dərisinə və saçların bütün uzunluğuna çəkin (xüsusi diqqəti saçların uclarına ayırın). Əgər baş dəriniz yağlı, amma saçlarınızın ucu qurudursa, bu zaman 5 damcı limon, portağal və ya qreypfrutun efir yağından əlavə edin. Yağların müntəzəm istifadəsi saçlar ilə yaranan problemləri həll etməyə kömək edəcək.

Şərh yaz