Ayrılmanın Təhlükəli Fəsadları

loading...

Ayrılma sonrası qəmginlik narahatlığa yeganə səbəb deyil. Northwestern Universiteti aşkar edib ki, münasibətləri pozduqdan sonra biz səhv qərarlar qəbul etməyə daha meyilli oluruq. Zərər çəkdiyimiz sahələr aşağıdakılardın

Sağlamlıq.

Tədqiqatlar göstərir ki, sevgilinlə ayrılandan sonra artıq çəki yığmağa daha meyillisən. Çox güman ki, bu, yeməkdə rahatlıq tapdığına görədir. Bunun əvəzinə arabir artan zalına baş çək. Məşqlər xoşbəxtlik hissi doğuran endorfinlərin ifrazına səbəb olur, onlar da öz növbəsində sənə yaxşı əhval-ruhiyyə bəxş edir.

Zahiri görünüş.

Aparılan tədqiqatlar müəyyən edib ki, insanların əksəriyyəti ayrılmadan sonra xarici görkəmlərini dəyişir. Səhv addımlar atmağa meyilli olduğunu nəzərə alsaq, indi belə dəyişikliyin vaxtı deyil. Çalış, müəyyən bir müddət gözəllik salonuna getmə.

Təhlükəsizlik.

Bu aralar beşinci tekilanı içməyə və ya evə üzü tatulu naməlum şəxslə getməyə razılaşa bilərsən. Gəzintiyə çıxanda dostlarınla get ki, onlar vəziyyəti nəzarətdə saxlaya bilsinlər.

Şərh yaz