Ayşənin kartoflu-bulqurlu topları

1234
loading...

İncə bulqur türk mətbəxində bir çox soyuq qəlyanaltının tərkibini əmələ gətirir. Eyni zamanda şorbalarda da istifadə edilir.

Bu tərifi icad etdiyimdə qırmızı bibər əlavə etməmişdim və dadında bir əskiklik hiss etmişdim.

Qırmızı toz bibər əlavəsilə dadı mükəmməl oldu.

6 nəfərlik Bişmə müddəti 15 dəqiqə

İçindəkilər:

  • 5-6 ədəd kartof 1 stəkan incə bulqur
  • 3-4 uzun yaşıl sivri bibər 10-12 ədəd təzə soğan
  • 1 dəstə cəfəri
  • 2 çay qaşığı qırmızı bibər
  • 2 çay bardağı zeytun yağı
  • 1-2 limon suyu
  • duz

Hazırlanması:

Kartofları suda qaynadıb, qabıqlarını soyub sürtkəcdən keçirin. İncə bulquru təmizləyib üzərinə 1 stəkan qaynar su töküb ağzını örtün ki, bulqur şişsin.

Sonra kartof, bulqur, duz, qır-mızı bibər, zeytun yağı, doğranmış bibər, soğan, cəfəri və limon suyunu qarışdırıb yoğurun. Ovuc içində top şəklində sıxaraq servis tabağına alın.

Şərh yaz