Bağırsaq xərçəngindən qorunmaq üçün

loading...

Bağırsaqlarda şiş xəstəliklərindən müdafiə üçün zəncəfilin çox effektiv olduğu açıqlanıb. Alimlər belə qənaətə gəliblər ki, zəncəfilin kökündə olan hansısa maddə bağırsaq xərçənginin inkişafının qarşısını almağa qadirdir.

Aparılan təcrübələr zəncəfilin şişlərin əmələ gəlməsinə mane olduğunu göstərib.

Tədqiqat zamanı 30 nəfərlik qrupdan ibarət könüllülər arasında sərbəst qaydada 2 qramlıq zəncəfil tozu və plasebo (boş dərman – psixoloji təsir nəticəsində fizioloji dəyişmənin müsbət müalicəvi effekti) paylayıblar. Onları dörd həftə ərzində hər gün yeməklə birgə qəbul etmək tapşırılıb. Başqa dərmanları qəbul etmək qəti qadağan olunub.

Məlum olub ki, zəncəfil tozu qəbul edən adamlardan götürülən toxumalarda daha az bağırsaq markerləri mövcud olur.

loading...
Şərh yaz