Balıqçı salatı

1234
loading...

Balıq yeməklərinin yanında ləzzətlə yeyə biləcəyiniz salat.

Bol vitaminli və qısa müddət ərzində hazırlana bilən bu salat İstanbulun balıq restoranlarında heç bir zaman əskik olmur.

6 nəfərlik Bişmə müddəti 15 dəqiqə

İçindəkilər:

  • 1 ədəd kiçik ölçülü qırmızı kələm (ağ kələm də istifadə edə bilərsiniz)
  • 3 ədəd orta ölçülü yerkökü
  • 3 ədəd orta ölçülü ağ turp (olmasa qırmızı turp da istifadə edə bilərsiniz)
  • 2 ədəd orta ölçülü pomidor
  • 10-12 ədəd qara və ya yaşıl zeytun sousu üçün türk qəhvəsi fincanıyla və ya kiçik armudu stəkanın yarısı qədər süzmə zeytun yağı
  • 1 ədəd limon suyu
  • 3 xörək qaşığı sirkə (alma sirkəsi məsləhət görürəm)
  • 1 çay qaşığı duz, qara bibər 1 çay qaşığı toz şəkər

Hazırlanması:

Kələmi incə-incə uzunlamasına doğrayın. Üzərinə duz səpib əlinizlə ovun. Acı suyunu axıdın. Yerkökünü təmizləyib sürtgəcdən keçirin. Turpları soyub sürtgəcdən keçirin. Qayıq servis tabağını alın. Sürtgəcdən keçirilmiş səbzələri sırayla – kələm, turp və yerkökünü qayıq tabağa yerləşdirin.

Sous üçün:

Dərin bir kasaya limonu sıxın. Üzərinə zeytun yağını əlavə edin. Sirkə, duz, qara bibər və şəkəri əlavə edib çəngəllə qarışdırıb servis tabağındakı salatın üzərinə gəzdirib servis edin.