Balıqlar Bürcü

loading...

20 fevral – 20 mart

  • Ünsürü – su
  • Planeti – Yupiter, Neptun
  • Hakimiyyət müddəti – 31 gün
  • Simvolları – iki – müxtəlif istiqamətlərə üzən balıq, ilğım
  • Düşərli günü – bazar ertəsi, cümə axşamı, cümə
  • Düşərsiz günü – çərşənbə
  • Uğurlu rəngi – bənövşəyi, göy, lil
  • Uğursuz rəngi – qırmızı
  • Uğurlu daşı – mirvari, sapfir, ametist, zümrüd
  • Metalı – sink
  • Enerji verən çiçəyi – yasəmən, nərgiz
  • Uğurlu rəqəmi – 6, 7, 11
  • Müxalif bürcü – Qız
  • Talismanı – düyün, nərgiz
  • Şanslı ölkələri – Kiçik Asiya, italiya, Rusiya.

Qısa Xarakter

Balıqlar bürcü altında dünyaya gələn adamlar ən qəribə zodiak işarəsi hesab olunurlar. Orta əsr astroloqları bu cür şəxsləri təmkinlərinə və uzun ömürlərinə görə digərlərindən fərqləndirirdi. Qənaətlərə görə, Balıqlar qısa zamanda, həmçinin gənc yaşlarında ikən məşhurlaşa bilirlər. Haqqında danışdığımız bürcün sakinləri uzaqgörənlikləri sayəsində öz həyat və peşə perspektivlərini neçə illər öncədən təyin edir və yanılmadan fəaliyyət göstərirlər.

Qərb astroloqları isə Balıqları iki xüsusi keyfiyyətə bölürlər: artistlik bacarığı və siyasətçilik. Qədim Babil astroloqları belə hesab edirdilər ki, Balıqlar bürcünün himayəsi altında dünyaya gələn adamlar özündən əvvəlki işarələrin hərəsindən bir neçə xüsusiyyət “oğurlayıb”. Bu səbəbdən də haqqında danışdığımız zodiakı həddindən artıq “təzadlı və mürəkkəb xarakterə malik adam” kimi qələmə verirdilər.

Bu bürcün sakinləri uzaqgörən, dəqiq, işini ehtiyatla tutan və bir qədər hiyləgər olurlar. Onlarla hansısa konfliktə girmək çox təhlükəlidir. Və rəqibləri bunun üçün böyük riskə getdiklərini başa düşməlidir. Balıqlar baş verən hər bir hadisəyə sakit və qərəzsiz yanaşmağa çalışırlar. İşdir, əgər çılğınlıq və ya hövsələsizlik nümayiş etdirsələr, mütləq məğlubiyyətlə üzləşirlər. Hətta antik dövrün astroloqları də belə hesab edirdilər ki, bu zodiak işarəsində dünyaya gələn adamlar yalnız səbrli olmaqla öz niyyətlərinə qovuşa bilirlər.

Bu şəxslər kiçikboylu görünürlər, hətta boyları kifayət qədər hündür olduqda da onları heç kim seçə bilmir. Balıqlar bürcündən olan sürücünü heç təbii fəlakət də yol hərəkət qaydalarını pozmağa məcbur edə bilməz. Hətta yolda piyada və ya başqa maneə olmayanda da, onlar yenə də dördyol kəsişməsində avtomobili dayandırırlar. Bir sözlə, bu adamlar çox ehtiyatlı olurlar. Əgər Balıqlar kiməsə qurğu və ya tələ qurmaq istəsələr, bu, böyük hayküyə səbəb olur, onlar ifşa olunurlar. Belələrinin rəhbərliyi altında çalışanlar öz müdirlərinə asanlıqla hiylə gələ bilir, hətta bəzi hallarda onu müflisləşdirirlər də.

Balıqlar bir qayda olaraq tam əmin olmadıqları işlərə baş qoşmurlar. Belə məqamlarda uzaqgörənlik onların köməyinə, yaxın ətrafınınsa rəğbətinə səbəb olur. Müasir astroloqların ən etibar etdiyi və inandığı Alan Leo bildirir ki, əgər lazımınca qiymətləndirilmirsə, Balıqlar öz istedad və qabiliyyətlərini qəlblərində saxlayır, heç vaxt büruzə vermirlər.

Bu bürcün sakinləri yaxşı sirr saxlamağa, anlaşılmaz situasiyalardan asanlıqla qurtulmağa qabildirlər. Onlar sevimli və zərif olduqları kimi narahat və hövsələsiz də olurlar. Orta əsrlərdə bu adamları bəxti gətirməyənlər, yaxud da ikili həyat yaşayan adlandırırdılar. Belələri öz talelərilə tez barışır və “yəqin belə də olmalıymış” düşünürlər. Balıqlar üçün ən təhlükəli məqam öz səlahiyyətlərini başqalarına həvalə edərkən yaranır. Bəzən bu, onların həyatı bahasına başa gəlir, talelərinə qüssə və bədbəxtlik gətirir. Odur ki, Balıqlara özlərinə böyük inam bəsləmələri məsləhət görülür.

Həssas və zəif Balıqlar magik təsirə məruz qalan bürcdür. Buna baxmayaraq, onlar fövqəltəbii varlıqlara meylli olurlar. Amma bu işlərlə məşğul olmaq onlara məsləhət görülmür. Əks halda fəlakətlə, xəstəliklərlə üzləşə bilərlər. Onlar müdafiəsiz və dözümsüz olur, bəzən problemlərini özləri həll etmək istəyirlər. Öz düşmənlərindən intiqam almaq üçün magiyadan istifadə edir və nəticədə bundan yalnız özləri əziyyət çəkirlər. Balıqlar tez-tez maraqlı yuxular görür, lakin bu yuxuları şərh edə bilmirlər. Əgər Balıqlar inadkar şəkildə fövqəltəbii varlıqlarla, mərasimlərlə məşğul olmaq istəyirlərsə, onlara əqrəb və ya Buğa müttəfiq ola bilər. Onlar birlikdə böyük uğurlar qazana bilərlər.

Yer kürəsində bu bürclər qədər haqqı tapdanan, get-gələ salı-nan yoxdur. Hətta bəzən buna görə onlarda hamıya qarşı inamsızlıq hissi baş qaldırır. Apardığımız müşahidələrə görə, Balıqlar bürcündən olan adamların ürəyində daimi bir “dağ” olur və bu “dağ” zaman-zaman onları üzüntülərə məruz qoyur. Hətta bir çox hallarda bu bürcün sakinləri həmin “dağ”ın ucbatından ya olduqca gec evlənir, ya da ömürlərinin sonuna qədər subay qalırlar (Bu sıraya ayrılmalar da şamildir – S.R.).

Qədim zərdüştilik astrologiyasında Balıqların taleyini iki dövrə bölürdülər. Kahinlərin qənaətinə görə, bu adamlar ən əziz simsar-larından birini itirir və bununla da onların taleyində ikinci dövr başlayır, böyük dəyişikliklər baş verir.

Elə güman etməyin ki, haqqında danışdığımız bürcün xarakteristikası yalnız bədbin notlar üzərində köklənib. Əslində, əyləncəyə həvəsinə, yumor hissinə, mehriban ünsiyyətinə və sadiqliyinə görə onlar həmişə seçilirlər.

Bu bürcdən olanlara hələ qədimlərdən ağır işlərdə işləməyi məsləhət görmürdülər. Peşəkar astroloqlar Balıqlar bürcündən olan adamlara daha çox yaradıcı fəaliyyətlə, incəsənət və ədəbiyyatla məşğul olmağı məsləhət görürdülər. Müasir dövrümüzdə isə onlar həm də siyasətlə, elmi fəaliyyətlə, texnologiya ilə məşğul olur, yük-sək artistlik bacarığı ilə minlərlə, milyonlarla insanın diqqət mərkəzində olurlar.

Məşhur “balıqlar”:

Anar Rzayev, isa Qəmbər, Artur Rəsizadə, Rza İbadov, İlvas İsmayılov, Eldar Mansurov, Səkinə İsmayılova, Səidə Quliyeva, Arif Babayev, Canəli Əkbərov, Azər Axşam, Gövhər Həsənzadə, Teymur Rəcəbov, Maşallah Məftun, Gülbahar Şükürlü və b.

Şərh yaz