Bədən formasını korlayan peşələr

loading...

Biz fastfuddan imtina etdik, şəkərsiz çay içirik və hətta 6-dan sonra qida qəbul etmirik, amma çəkimiz yenə də hər dəfə artmağa davam edir. Biz bunu çox vaxt hormonal nasazlıqlar, geniş və ağır sümüklər ilə əlaqələndiririk və problemin əslində irsilik və ya kalorili yeməklərdə deyil, bizim işimizdən asılı olduğuna fikir vermirik. Təəssüf ki, bəzi peşələr gizli də olsa bəbən formamızı korlayır.

Biz həyatımızın üçdə bir hissəsini işdə keçiririk və buna görə ofisdə nə və nə vaxt yediyimizə diqqət etməliyik. Çox vaxt faydalı və sağlam qidanın əvəzinə biz tamamilə zərərli məhsullardan istifadə edirik.

Sadəcə başlanğıc üçün potensial “zərərverici” peşələri aşkar etməyə, sonra isə belə işdən dəyən ziyanı minimuma endirmək üçün səy göstərməyə dəyər.

Oturaq iş

Bütün gün kompüter arxasında çalışan ofis əməkdaşları bilirlər ki, kargüzarlıq işinin öhdəsindən gəlməyə hamısından yaxşı çay fasilələri kömək edir. Bu zaman “qəlyanaltı” kimi kalorili peçenyelər, piroqlar və tortlar istifadə olunur. Amma qadınlar çox vaxt yeyilmiş şirniyyatın miqdarına nəzarət etmirlər. Bu əməkdaşların enerji sərfiyyatı bir qayda olaraq minimal, işi isə kifayət qədər əsəbi və məsuliyyətlidir. Bunun nəticəsində insan stressə düşməmək üçün daim şirniyyat qəbul edir, sonra isə artıq kaloriləri xərcləmək üçün heç nə etmir.

Oturaq iş zamanı çəki yığımı problemini həll etmək üçün iki üsul var:

  1. Fitnes-kluba yazılın və ya evdə idmanla məşğul olun.
  2. Ofisdə öz qidalanmanıza nəzarət etmək. İşə bir neçə alma və ya çərəz, meyvə qurusu aparıb onlardan istifadə edin. Öz masanızın üstünə içməli su qoyun və gün ərzində təmiz su için.

“Furşet” işifurset

Söhbət daim furşetlərdə olan əməkdaşlardan gedir. Bir qayda olaraq, bu ictimaiyyətlə əlaqələr üzrə mütəxəssislər və VIP-müştərilərlə iş üzrə menecerlərdir. Faydalı tanışlıqlar əldə etmək və əlaqələri qaydaya salmaq üçün müştəriləri restorana dəvət edir və ya onlar üçün bir çox kalorili qəlyanaltı banketləri təşkil edirlər.

Bir fincan çay və ya qəhvə arxasında aparılan danışıqlar qeyri-formal şəkildə keçir və adətən daha yaxşı nəticə verir. Lakin belə furşetlər təəssüf ki, bədən formasına əks təsir edir. Çalışın bu banketlər zamanı meyvə tərəvəzlərə üstünlük verəsiniz. Furşetə getməzdən əvvəl doyumlu yeməyə çalışın ki, müxtəlif şirniyyatlar iştaha səbəb olmasın.

“Dadlı” iş

Kök olmayan aşpazlara nadir hallarda rast gəlinir. Çox vaxt hər gün külli miqdarda yemək hazırlayanların əksəriyyəti çox kök görünür. Səbəb yemək hazırlayarkən ətirlərin iştah çağırmasıdır. Yeri gəlmişkən, evdar xanımlar haqqında da eyni şeyi demək olar. Bu zaman nəyi və necə yeməyinizə diqqət edin. Çalışın az-az amma tez-tez qida qəbul edəsiniz.

loading...
Şərh yaz