Beren Saat azərbaycanlı meyxanaçı ilə

Müəllif:
Beren Saat

Meyxanaçı Namiq Qaraçuxurlu Türkiyənin tanınmış aktrisaları Beren Saat və ya Cansu Dərə ilə filmə çəkiləcək.

Bu haqda ATV telekanalında yayımlanan “Onlar” verilişinə müsahibəsində deyib.

O, aktrisalar arasında özü seçim edəcəyini bildirib:

“Rol alacağım bir filmdə kamera qarşısına Türkiyənin məşhur aktrisalarından biri ilə çıxacağam. Bu ya Beren Saat, ya da Cansu Dərə olacaq. Cansunu “Möhtəşəm yüz il” serialından tanıyıram.

İkisi də gözəl aktrisadır. Amma fikirləşirəm ki, Cansunun boyu balacadır. Çəkilişdə onunla çətin olacaq. Çünki yan-yana gələcəyik, yaxşı görünməyəcək. Buna görə də Beren Saatı seçməyi düşünürəm”.