Beyin salatı

Ərzaqlar:

  • 2 ədəd quzu beyni,
  • 1 ədəd kiçik boy kərəviz,
  • 1 ədəd kiçik boy quru soğan,
  • 1 ədəd kiçik boy kök,
  • 3-4 ədəd acı bibər,
  • 1 çay qaşığı zeytun yağı,
  • yarım ədəd limon suyu,
  • duz.
loading...

Qarnir üçün: 2 yarpaq kahı, 1 ədəd pomidor, 1 ədəd qaynadılmış kartof.

Hazırlanma qaydası:

Kərəviz, kök və quru soğanı soyub, 4-ə bölün. Bir qazana tərəvəzləri və yaxşıca yuduğunuz beyinləri qoyub, üzərini keçəcək qədər su əlavə edin, qaynadın və kefgirlə qazandan çıxarın. Dilimləyərək servisinə qabına yığın. Üzərinə limon suyu və zeytun yağı gəzdirin.

loading...
SHARE
Şərh yaz