Beyonsun qızıl maniküru və digər məşhurların bahalı xərcləri

loading...

Siz hələ də öz gözəlliyinizə qənaətlə yanaşırsız? Bu zaman ulduzların öz gözəllikləri üçün seçdikləri bahalı prosedurlara diqqət edin və öz gözəlliyinizə qənaət etməməyi öyrənin. Yaqut pilinqlər, brilliant manikürlər və bir çox digər bahalı prosedurlar sizin xidmətinizdədir. Necə deyərlər: “Siz buna layıqsiniz!”.

Öz dünya konsert turunun promo-fotosunda Beyons, inanılmaz təmtəraqlı obraz təqdim etdi. Müğənninin qızılı bodisi və saç düzümü qiymətli qaşlarla bəzədilmişdi. Onun krallara layiq imicinin əsas detalı isə 900 dollar dəyərində olan qızıl manikürü idi (hər dırnaq üçün təxminən 90 dollar xərclənmişdi).

Əgər siz düşünürsünüzsə ki, bu ən bahalı manikürdür, bu zaman səhv edirsiniz. 2012-ci ildə Kelli Ozborn “Emmi” mərasiminə brilyantlarla bəzədilmiş dırnaqlarla gəlmişdi və bu manikür 250 000 dollar dəyərində idi. Ozborn söyləmişdi ki, “Bu manikür mənə özümü kraliça kimi hiss etməyə kömək etdi”. Bu maniküru qiymətli daşların tozundan dırnaq üçün lak istehsalında ixtisaslaşmış “Azatur” markası etmişdi.

Müğənni Rihannanı bir saç düzümüylə iki dəfə görmək mümkün deyil. Müğənni saç obrazlarına həftədə 23 000 dollara qədər pul xərcləyir. Jurnalistlərin hesablarına görə, o şəxsi bərbəri Ursula Stivenə ildə 1 milyon dollara yaxın ödəniş edir.

30 yaşlı Mila Kunis 7000 dollar dəyərində olan yaqut-brilliant pilinqini çox xoşlayır. Qiymətli daşların hissəcikləri dərini yeniləyir və üzün şişini azaldır. Hərçənd ki, bunun öhdəsindən adi buz dilimi də çox gözəl gələ bilər.

Daim gənc və inanılmaz gözəl görünən Jenifer Lopez 1 həftə ərzində 1000 dollar dəyərində olan 1 banka üz kremi istifadə edir. Qeyd edək ki, bu sehrli krem insan ciftindən hazırlanıb və belə qidalı maddələrlə zəngin qulluq nəticəsində Jenifer Lopesin üzündə bir dənə də qırış yoxdur.

Madonnanın sellulitsiz dərisi evdə olan 78 000 dollar dəyərində ultrasəs qurğusunun nəticəsində əldə edilib. Ultrasəsin köməyi ilə bu aparat “portağal qabığına” səbəb olan piyli qatları dağıdır.

Britaniyalıların sevimlisi Keyt Midlton isə arı zəhəri əsasında dəri üçün qulluq vasitələrindən istifadə edir — bu maddənin 30 qramı 55 000 dollar dəyərindədir.

Kim Kardaşyan bədəninə üz kremi çəkir və 500 dollar dəyərində olan 1 banka krem ona yalnız bir istifadə üçün çatır.

2007-ci ildə Selin Dion imzaladığı müqavilə əsasında Las Veqasın otellərin birində ildə 70-ə yaxın konsert verməlidir. Müğənninin dərisi və səs tellərinin Nevada səhralarının quru havasından əziyyət çəkməməsi üçün, onun nömrəsində 2 milyon dollar dəyərində olan hava nəmləndiricisi quraşdırılıb.

Əziz xanımlar, bəs sizin bu qədər pulunuz olsaydı bu prosedurladan hansını seçim edərdiniz?

loading...
Şərh yaz