Bibərli toyuq döş əti

loading...

Bibərli toyuq döş ətinin hazırlanma qaydası. Günorta yeyə biləcəyiniz faydalı bir yemək.

Ayaqüstü bir şeylər yemək əvəzinə səbzələrlə zəngin, bol vitaminli və xoş görünüşlü bu yeməyi hazırlamaq sizin sadəcə 20 dəqiqənizi alacaq.

4 nəfərlik Bişmə müddəti 20 dəqiqə

İçindəkilər:
  • 2 ədəd toyuq döş əti
  • 3 stəkan isti su
  • 1 çay qaşığı duz, qara bibər
  • 1 ədəd kiçik göbək kələmi
  • 4 ədəd konservləşdirilmiş qırmızı bibər
  • 1 su bardağı konservləşdirilmiş yaşıl noxud
  • Sous üçün 6 yemək qaşığı ekstra zeytun yağı
  • 1 stəkan toyuq bulyonu
  • 1 ədəd limon suyu
  • 2 yemək qaşığı alma sirkəsi (1 yemək qaşığı balzamik sirkə də ola bilər)
  • Yarım çay qaşığı xardal
  • duz, qara bibər
Hazırlanması:

Toyuq döş ətini bir qazana qoyub, üzərinə isti suyu əlavə etdikdən sonra duz və qara bibəri səpin.

Orta dərəcəli ocaqda ətlər yumşalana qədər bişirib süzün. Toyuq bulyonundan 2 stəkan sous üçün ayırın. Kələmi yuyub, süzdükdən sonra əlinizlə ağıza rahat gələcək şəkildə parçalara bölüb dərin bir kasaya qoyun. Üzərinə kub formasında doğradığmız toyuq ətlərini və uzun, incə şəkildə dilimlədiyiniz qırmızı bibərləri əlavə edin. Yaşıl noxudları da üzərinə səpin. Sous hazırlamaq üçün ayırdığınız yarım stəkan toyuq suyunu dərin bir qaba boşaldın. Üzərinə duz, qara bibər və xardalı töküb, limon suyu və sirkəni əlavə edin. Bir əlinizlə sousu qarışdırın, digər əlinizlə də zeytun yağmı az-az əlavə edin.

Sousu toyuq ətinin üzərinə gəzdirib servis edin. Sağlıqlı və bol vitaminli günorta yeməyiniz hazırdır.

loading...
Şərh yaz