Bizi qocaldan 9 məhsul

loading...

Ən zərərli məhsullar bizə artıq kilo verməklə, həm də həyatımızı qısaldır.

Qidalanma ilk növbədə bizim orqanizmimizin daxili mühitini müəyyən edir ki, o da öz növbəsində, bizim bütün orqanlarımızın, hüceyrələrimizin və sistemlərin keyfiyyətinə və davamlılığına cavab verir.
Bizim beynimizdən tutmuş sümük toxumalarına qədər praktiki olaraq hər şey bizim nə yeməyimizdən asılıdır. Nəticədə, bizim yeməkdə olan vərdişlərimiz bizdə qocalmanın ilk əlamətlərinin yaranmasına təsir edə bilər.
Cavanlığı bir az da olsa saxlamaq üçün, müəyyən məhsullardan çəkinmək lazımdır.

  1. Şəkər.seker
    Şəkərlə olan problem ondan ibarətdir ki, o demək olar ki, bir çox məhsulların tərkibinə daxil olur (şirələrdən tutmuş ketçupa qədər). Artıq şəkər dərinin elastikliyini aşağı salaraq qırışların yaranmasına səbəb olaraq kollagenə bərkidilir.
    Həddiən artıq çox şəkər oynaqlarda ağrıya, həmçinin artıq çəkiyə və iltihaba səbəb olur.
  2. Xörək duzu.duz
    Az miqdarda duz sağlamlıq üçün lazımlıdır. Lakin orqanizmdə artıq duz olduqda o orqanizmi susuzlaşdırır. Bu zaman zahiri görünüşə təsir edən yorğunluq hissi yaranır. Bundan başqa, həddən artıq çox duz böyrək xəstəliklərinin yaranmasına imkan gətirib çıxarır, qan təzyiqini yüksəldir və sümük toxumalarında maddələr mübadiləsinə mane olur.
  3. Qəhvə.qehve
    Qəhvə həmçinin orqanizmi susuzlaşdırır. Əgər siz çox qəhvə içirsinizsə, bu zaman dəriniz quruya bilər ki, nəticədə dəridə qırışlar və çatlar yaranacaq. Bunun üçün gündə 1-2 fincandan çox qəhvə içməyin.
  4. Şəkər əvəzediciləri.seker-evezedici
    Bir çox süni şirinləşdirici maddələr sağlamlığa neqativ təsir edir. Belə ki, aspartam maddəsi baş və oynaq ağrısına səbəb olur.
  5. Alkoqol. qazli-ickiler
    Az miqdarda alkoqol hətta faydalı xüsusiyyətlərə malikdir. Amma alkoqol da qəhvə kimi, bizi susuzlaşdırır və bu dərimizdə əks olunur. Nəticədə qırışlar yaranır, qırmızılıq və şişkinlik əmələ gəlir. Bundan başqa, alkoqol həmçinin artıq kalorilərə səbəb olur. Pis qidalanma dərinin qurumasına və qırışların yaranmasına gətirib çıxarır.
  6. Energetik içkilər.energetik-icki
    Energetik içkilər diş minasını qazlı içkilərdən 8 dəfə daha çox zədələyir ki, bu dişlərin saralmasına səbəb olur.
  7. Karbohidratlı məhsullar.karbohidrat
    Karbohidratlar çox gözəl enerji mənbəyidir. Əgər siz aktiv həyat tərzi sürürsünüzsə, hər şey qaydasındadır. Amma əgər siz bütün günü kompüter arxasında keçirirsinizsə, bu zaman artıq kalorilər piyə çevriləcək və artıq çəkiyə səbəb olacaq.
  8. Qızardılmış yeməklər.qizartma
    Müasir qidalanma daha çox qızardılmış məhsullardan ibarətdir. Bu məhsullar dəridə kollagenin dağıdılmasına imkan yaradır və nəticədə dərimiz daha qırışıq və çatlamış görünür.
  9. Qazlı içkilər.qazli-icki
    Bu içkilər bizi həyat üçün əhəmiyyətli rütubətdən məhrum edirlər. Bu orqanizmi taqətdən salır və biz daha yorğun görünməyə başlayırıq.

Dərinin qocalmasının qarşısını almaq üçün daha çox təzə və təbii məhsullardan, meyvə, tərəvəz, yağsız ət, paxla və süd məhsullarından istifadə edin.

loading...
Şərh yaz