Bizim dərimiz nə ilə qidalanır?

loading...

Dəri yalnız kremlərin və skrabların köməyi ilə yaxşı görünən bizim xarici obrazımız deyil. O həm də tamamilə dəyərli ayrıca bir orqandır. Dəri həmçinin həyatı əhəmiyyətli funksiyaları yerinə yetirir. Dərinin oksigeni mənimsəmək və karbon qazını ayırmaq qabiliyyətinə görə onu ikinci nəfəs orqanı adlandırırlar.

Tər vasitəsilə dəri orqanizmdə yığılmış zəhərləri çıxarır, ama eyni zamanda zəhərlər dəri vasitəsilə bizim orqanizmimizə düşə bilər. Bizim gündəlik istifadə etdiyimiz kosmetika, qulluq vasitələri, ətirlər, ev üçün təmizləyici vasitələr, saç üçün spreylər — bütün bu vasitələr əsas zəhər mənbəyidir. Hansısa vasitələr yalnız dərinin üst qatına təsir etdiyi zaman, digərləri dəriyə daha dərin daxil olaraq qana düşə bilər.

İstehsalçılar isə kremlər, dezodorantlar və dərimiz üçün istifadə etdiyimiz digər gündəlik vasitələrin tərkibinə daxil olan inqrediyentlərin təhlükəsizliyi haqqında danışır. Digər tərəfdən isə bu tip vasitələrin tərkibinə daxil olan lakin təbiətdə mövcud olmayan kimyəvi birləşmələrin orqanizmə təsiri haqqında tədqiqatların həyəcanlı nəticələri ortaya çıxır. Bu endokrin sisteminin işini pozan maddələrdir ki, orqanizmdə yığılaraq, şişlərin yaranma riskini artıraraq başqa xəstəliklərə səbəb ola bilər.

Əgər siz üzünüzə qulluq üçün uyğun kosmetik vasitələr axtarırsınızsa, bu zaman sadə və tamamilə təbii vasitələr ilə keçinə bilərsiniz.

Bədən üçün 5 təbii vasitə

  1. Təbii yağ bədən kremlərinin əla əvəzedicisidir. Bunun üçün siz adi zeytun yağından istifadə edə bilərsiniz. Həmçinin təmizlənməmiş badam, küncüt və ya kokos yağı da bu məqsədlər üçün uyğun gəlir.
  2. Quru şotka ilə masaj bədən skrabını əvəz edir. Belə masaj mikrosirkulyasiyanı yaxşılaşdırır, dəridən zəhərlərin çıxarılmasına kömək edir.
  3. İsti vannaya heç vaxt boyalı və aromatizatorlarla zəngin duz əlavə etməyin, çalışın apteklərdə satılan təbii duzdan istifadə edəsiniz.
  4. Bədən üçün tərkibinə zeytun yağı daxil olan sabundan istifadə edin, çünki o dərini qurutmur.
  5. Oksigen dəri üçün ən yaxşı spadır. Dəri nəfəs aldığı zaman daha gənc və təravətli görünür. Bunun üçün kontrast duşdan, həmçinin hamam və saunadan istifadə edə bilərsiniz.
loading...
Şərh yaz