Bizim yalnış qaydada yediyimiz 5 meyvə və tərəvəz

loading...

Ola bilsin ki, siz düzgün təmizləmə qaydalarını bildikdən sonra daha çox meyvə və tərəvəzdən istifadə edəsiniz. Sizə düzgün istifadə etmədiyimiz 5 məhsulu təqdim edirik.

Portağal və naringi

Siz bu narıncı sitrusları çox xoşlayırsınız amma onları təmizləyərkən əliniz yapışqan olur? Sizə bu C vitamini ilə zəngin meyvələrin düzgün istifadəsini təqdim edirik: bunun üçün sadəcə meyvənin alt və üst hissəsini kəsmək və qabığını çıxartmaq lazımdır.infographic-mandarinorangestrip

Çuğundur

Bilirsinizmi ki, çuğunduru kök kimi çiy vəziyyətdə də yemək mümkündür? Bu iştahalı tərəvəz çiy, qaynanmış və ya pörtlədilmiş vəziyyətdə öz dad xüsusiyyətlərini itirmir, əksinə gözəl tam əldə edir.cugundur

Çuğunduru təmizləyin, nazik dilimlərə kəsin, duzlayın və öz dad reseptorlarınızı orijinal hisslərlə tanış edin.

Narnar

Nar təmizləyərkən bir səhv hərəkət nəticəsində onun şirəsini sıçradıb paltarınızı ləkələyə bilərsiniz. Daha pis isə divar kağızlarını və ya mebeli ləkələməkdir ki, bu ləkələri heç cür təmizləmək olmur.
Narı təmizləyərkən sadəcə onun üst və alt hissəsini kəsin və meyvəni ayrı-ayrı tikələrə ayırın.

Kivi

Siz kivini hələ də təmizləyirsiniz? Ağıllı insanlar əlləri batırmadan bu meyvədən dadmaq üsulunu fikirləşiblər. Bunun üçün sadəcə meyvəni yarı kəsin və meyvə ətini çay qaşığı ilə yeyin.kivi

Avokado

Bilirsinizmi ki, avokadonun yarısında cəmi 160 kalori var? Avokadonu da yemək üçün sadəcə meyvəni yarı kəsmək və meyvə ətini çay qaşığı ilə yemək lazımdır.Avokado

Şərh yaz