Boğaz ağrısı

loading...

Tonzilit xroniki xəstəliklər qrupuna daxildir. Bu xəstəlikdən həm uşaqlar, həm də böyüklər əziyyət çəkə bilər. Əsas simptomları – udqunduqda qulağa vuran boğaz ağrısı, ağızda pis qoxu, halsızlıq, baş ağrıları. Bu xəstəlik vaxtında müalicə edilmədikdə ürəyə, böyrəyə, əzələlərə fəsad verir.

Tonzilit zamanı irin qoymuş badamcıqlar şişir və çənənin limfa düyünləri böyüyür. İlk başlarda konservativ müalicə üsulu tətbiq edilir. Antiseptik vasitələrlə badamcıqar yuyulur. Lakin xəstəlik irəlilədikcə badamcıqların əməliyyat vasitəsilə kəsilməsi məsləhətdir.

Tonzilitin ən yaxşı dərmanı bal sayılır.

Bal şanısını gün ərzndə bir neçə dəfə çeynəmək məsləhədir. ½ nisbətində bal ilə suyu qarışdırarq boğazı yaxalamaq faydalıdır. Bundan əlavə, bor turşusu (1 çay qaşığı 1 səkan suya), soda, adaçayı otu, baş soğan qabığının suyu tonzilitin müalicəsində istifadə olunur.

Angina zamanı kartof inqalyasiyası etmək olar. 1 ədəd kartofun qabığını suda qaynadın, qaynadıqdan sonra suya 1 ədəd doğranmış soğan və 1 stəkan bal əlavə edin. Qazan qaynar halda olarkən qarşısna oturun və başınıza qalın parça salın ki, inqalyasiya zamanı buxar çölə çıxmasın. Su soyuyana kimi inqayasiyanı davam elətdirməyiniz məsləhətdiir. Daha sonra xəstəyə ballı qaynar çay vermək və yatağa uzatmaq lazımdır.

Gördüyünüz kimi reseptlər olduqca sadədir, yetər ki, siz tonzilitin xroniki vəziyyətə keçməsinə imkan verməyin.

Şərh yaz