Bu hallarda qısqanclığın yeri var

loading...

Sevgilini hər zaman qısqandığın üçün özünü günahkar hiss edirsən? Ehtiyac yoxdur. Bəzən bu məqsədəuyğundur. O sənin qayğına müsbət yanaşacaq. Budur, soyuqqanlı qalmalı olduğun hallarla tanış ol.

Korin Miller

Bir-birinizə nə qədər möhkəm bağlansanız da, sənin daxili “yaşıl əjdahan” vaxtaşırı özünü göstərir. Yaxşı ki, münasibət bələdçiləri qısqanclığın sağlam hiss olduğunu təsdiqləyirlər. “Bu, (qarşı tərəfə sənin özünə qarşı necə münasibət görmək istədiyini və ya qayğını nümayiş etdirməyin səmərəli üsuludur”,

– “Ən Yaxşısı İrəlidədir” kitabının müəllifi, fəlsəfə doktoru Debbie Magids deyir. Lakin qısqanclığa səbəb olan vəziyyətləri təsvir etmək çətin məsələdir. Bunun üçün sizlərə onlayn müraciət edib, bu və ya digər situasiyaya reaksiyanızı öyrəndik. Cavablan mütəxəssislərin davranış məsləhətləri ilə tutuşdurduq. Nəticələr təəccübləndiricidir.

Sevgilinin yeni iş yoldaşı flirt üzrə ustadır və Gisele Bündcnen-dən heç geri qalmır.

  • Hiss edirsən – Qısqanclıq əlamətləri başlayır
  • Hiss etməlisən – Özünə yer tapmırsan

“Sevgilinin heç görməyəcəyi xanımla virtual ünsiyyətdə olması və həftənin 40 saatını cazibədar bir xanımın yanında keçirməsi tamamilə fərqli vəziyyətlərdir”, – cütlüklər terapevti Rachel Sussman deyir. işdə məhəbbət macəraları tez-tez baş verir – bu yaxınlarda “Career Builder” jurnalı 40% insanın iş yoldaşları ilə münasibətlərinin olduğunu müəyyən edib. Və bir çox hallarda səbəb kimi, işdə çox vaxt keçirməyimiz göstərilir.

Məsələ ondadır ki, yeni iş yoldaşı ona girişmək fikrində olsa, sevgilinin xəbəri belə olmayacaq, amma yaxşı olar ki, ona vəziyyətə görə narahat olduğunu bildirəsən.

Sevgilin sənsiz tanış gözəlçələrin olduğu şənliyə gedir.

  • Hiss edirsən – Vecinə deyil
  • Hiss etməlisən – Bir az qısqanırsan

“Bizlər nəfəs almağa önəm verdiyimiz qədər kişilərin əksəriyyəti qadın bədəninin seyrinə önəm verirlər, lakin sevgilin digər qadınları ağızdolusu tərifləyirsə, laqeyd qala bilməzsən”, -“Razılaşmanı Pozanlar” kitabının müəllifi, fəlsəfə doktoru Bethany Marshall deyir.

Bu sənin üçün problem deyilsə, əladır. Lakin özünü narahat hiss edirsənsə, danış. Rollar dəyişsə, nə kimi hisslər yaşayacağını soruş və bunları qəbul etmədiyini söylə. O sənin hisslərinə kifayət qədər hörmət edirsə, sənsiz çoxlu qız olan yerə getməkdən vaz keçəcək.

Keçmiş sevgilisi ilə keçmişi xatırlamaq üçün görüşür.

  • Hiss edirsən – Qısqanclıqdan partlayırsan
  • Hiss etməlisən – Qısqanclıq əlamətləri başlayır

“Sənin narazı olduğun aydındır. Üzündən oxunur. Lakin sevgilin bu görüşü səndən gizlətmirsə, o zaman üstünə getməsən yaxşıdır”, -“Yaxşı Evlilikdən Əla Evliliyə 5 Addım “kitabının müəllifi, münasibət terapevti, fəlsəfə doktoru Terri Orbuch belə deyir. Amma bu o demək deyil ki, hisslərini özündə, yəni ürəyində saxlamalısan.

Sadəcə, bir anlıq qorxularının nə dərəcədə əsaslı olduğunu düşünməyə çalış. Heç bir əsas yoxdur? OK. O zaman mütləq ona de ki, keçmiş sevgilisi ilə yenidən ünsiyyətdə olmasına normal yanaşırsan. Nə qədər ki, sevgilinə tam etibar edirsən, onların açıq-aşkar bir fincan qəhvə içmələri sənin üçün problem olmayacaq.
Kiminlə mesajlaşdığını sənə demir.

  • Hiss edirsən – Qısqanclıq əlamətləri başlayır
  • Hiss etməlisən – Qısqanclıqdan partlayırsan

“Münasibətlərdə müəyyən qədər məxfilik vacibdir, lakin belə gizli davranışı göz ardı etmək ağılsızlıqdır”, – Magids deyir. Ona de: “Mənim fikrimcə, bu məsələni məxfi saxlayırsansa, deməli, nə isə baş verir. Belə vəziyyətdə olmaqdan xoşum gəlmir,

lakin kiminlə mesajlaşdığını görmək istəyirəm”. “Sən həddini aşmırsan, onun özünü şübhəli aparması sənin tələbinə əsas yaradır”, – o deyir. Gizlədiləsi bir şey yoxdursa, hər şeyi açıqlayacaq. Belə etməsə, güman ki, başqa qadınla münasibəti var…

Şərh yaz