Bu həşərat üz dərisi üçün möcüzəvi təsirə malikdir

loading...

Yaponiyada fəaliyyət göstərən bir gözəllik salonu təbii yapon ilbizlərindən istifadə etməklə üz dərisni yaxşılaşdıran qulluq təklif edir. Belə güman edilir ki, ilbizlərin ifraz etdikləri selik müalicəvi keyfiyyətə malikdir.

Beş dəqiqə ərzində və 100 dollardan artıq xərcləməklə bu vasitədən istifadə etmək olar.

İlbiz üzün dərisini elastik etməklə, quru, qabıq verən hissələri də aradan götürür.

Bu salonda beş ədəd bir illik təbii yapon ilbizi saxlanır, lakin onlar gündə yalnız bir müştəriyə qulluq ediləcək miqdarda selik buraxa bilirlər.

Müştərilərin üzündə gəzmədikləri vaxtlarda ilbizləri temperaturu tənzimlənən, rütubətli yerdə saxlayır və yüksək keyfiyyətli tərəvəzlə yemləyirlər.

loading...
SHARE
Şərh yaz