Bu mövsüm saçlar dağınıq olacaq

Bu mövsüm saçlar dağınıq olacaq

Payız – qış mövsümü üçün dəbdə olacaq saç formaları artıq təyin olunub.

2013-2014 – cü ilin soyuq fəslində həcmli və nəm görünüşlü saçlar aktuallığı ilə seçiləcək.

Dağınıq toppuzlar, bir neçə mövsümdür dəbdən düşməyən cürbəcür hörüklər və nəm təsiri bağışlayan arxaya daranmış saçlar payız-qış mövsümünün əsas trendləridir. Bu mövsümdə “təəssüf ki saçlarım qabarıb, şişib”  deyib narahat olmayacaqsınız. Üstəlik, saçlara daha çox həcm verməklə dəbli görkəm ala biləcəksiniz.

Düz, sıx bağlanmış saçlar öz yerini həcmli, dağınıq saçlara verir.

Şərh yaz