Bu tip kişilərdən uzaq durun!

loading...

Həyatımız boyunca müxtəlif insanlarla qarşılaşa bilərik. Lakin məhz bu tip kişilərdən xanımlar uzaq durmalıdırlar:

Xəsis

İlk bir neçə görüşünüzdən sonra pulqabısını əsla yanına almayan və bir dilim pizza da yesə, kinoya da getsəniz, romantik bir yeməyə də çıxsanız, hər zaman pulu sizə ödətməyə çalışan kişidən mütləq uzaq durun.

Tənbəl

İlk görüşünüzdə etməyi planladığı layihələri haqqında danışaraq Sizə təsir etməyə çalışan, lakin aylar keçməsinə baxmayaraq, günlərlə video oyunu oynamaq, divanda yatmaq xaricində bir şey etmirsə burada çox böyük bir problem var deməkdir. Tənbəl bir kişinin iş tapmağa motivasiyası və niyyəti yoxdur. Bu da gələcəyiniz üçün təhlükədir

İş düşkünü

Tənbəl kişinin əksi olan bu kişi uğurlu bir iş, yüksək qazanc və parlaq bir gələcəyə sahib olsa da, əsla sizə ayıracaq vaxtı yoxdur. Sizin yanınızdaykən də davamlı işdən danışır. Əgər belə bir adamla münasibətdəsinizsə hər zaman onun üçün ikinci planda olmağa alışmaq lazımdır.

Uşaq xasiyyətli

Bəzi kişilər əsla böyüməz və olğunlaşmazlar. İlk başda çox cazibədar gələn belə bir kişi, əgər kafi yetkinliyə sahib deyilsə, bir müddət sonra çox narahat edici ola bilər. Bu kişinin tək istədiyi əylənməkdir. Əgər uzun, davamlı və ciddi bir əlaqə axtarırsınızsa bu kişi tipi heç sizə görə deyil deməkdir.

Özünüz üçün ideal insan axtarışında bəzi uğursuz seçimlər edə bilərsiniz. Lakin yuxarıda bəhs etdiyimiz kişilərdən uzaq dayanaraq, bu yalnışlığı minimuma endirə bilərsiniz.

loading...