Bu yay realizə edə biləcəyiniz bəzi məqamlar

loading...

Yay çoxlarının gözlədiyi bir fəsildir ki, haradan gəlib hara getdiyini çox vaxt bilmək olmur. Sizə bu mövsümü dolğun və yadda qalan etmək üçün bəzi məsləhətlər təqdim edirik.

  • Velosipedlə gəzinti. Üzünüzü yay küləyinə tutun və velo gəzintiyə çıxın. Bu zaman siz təbiət ilə müəyyən harmoniya hiss edəcəksiniz.velosiped
  • Yaşıllıqda piknik təşkil edin. Ailənizi və yaxınlarınızı piknikdə ətrafınıza yığın. Rahatlığınız üçün yastıqcalar, plastik qab-qacaq və dadlı ev yeməklərindən istifadə edin. Bu günü sizin ailəniz və dostlarınız uzun müddət unutmayacaq.
  • Tarla çiçəklərindən çələng düzəldin və sonra bu gözəllik ilə şəkil çəkdirməyi də unutmayın!celeng
  • Qamakda maraqlı bir kitabça ilə vaxt keçirin. Meyvə ağacının kölgəsində sevdiyiniz bir roman kitabını vərəqləyin və özünüz haqqında düşünüb bir az mürgüləyin.Qamak
  • Təzə samovar çayı için. Dadlı ev şirniyyatı ilə təzə samovar çayından dadın.samovar
  • Uşaqlarınız ilə herbariy hazırlayın. Bunun üçün yarpaq və gülləri günün isti çağında toplayın ki, onlar şehsiz, yəni tam quru olsunlar.usaqlarla-oynamaq
  • Şehli yaşıllıqda bir az ayaqyalın gəzin. Əgər bağdasınızsa bu zaman səhər lap tezdən oyanıb bir az şeh düşmüş otun üzərində ayaqyalın gəzin. Bu sizi bütün gün ərzində enerji və sevinclə təmin edəcək.
  • Giləmeyvələri təmizləyib bir sapa düzün, sonra bütün “muncuqları” bir dəfəyə yeyin. Bu inanılmaz daddır!gilemeyve
  • Təzə çiyələkdən maska hazırlayın. Gözəllik prosedurları üçün həyətinizdə bitən təzə meyvə və giləmeyvələrdən istifadə edərək müxtəlif maskalar hazırlayın.ciyelek
  • Badminton oynayın. Təmiz havada bu oyundan siz həm əylənib, həm də ki, böyük sevinc əldə edəcəksiniz.badminton
  • Tonqalda kartof bişirin. Odunda bişmiş kartofdan yaxşı nə ola bilər ki? Axşamçağı ailənizi başınıza toplayaraq onlar üçün ləziz kartof kababı hazırlayın.kartof kababı
  • Ot tayasında dincəlin. Yəqin ki, kəndə və ya rayona gedərkən mal-qara üçün tədarük olunmuş ot tayası ilə hər kəs rastlaşıb. Sərin yay axşamlarında vaxt keçirmək üçün bu daha bir maraqlı ideya ola bilər.ot-tayasi
  • Beyaz gecələri izləmək üçün tətilinizi bu hadisə baş verən ölkələrdə keçirin.beyaz-geceler
  • Günəşin doğmasını izləyin. Heç olmasa yayda bir dəfə günəşin doğmasını izləmək üçün səhər tezdən oyanın. Bu sizin çox xoşunuza gələcək.
  • Çayda və ya dənizdə çılpaq çimin. Ya səhər dənizdə heç kəs olmayanda və ya axşam çimin. Su sizin bütün yorğunluğunuzu götürəcək.cilpaq
  • “Suladı” oynayın. Bu istidə ən əyləncəli oyunlardan biridir ki, hər zamanı sevinc gətirir və yadda qalan olur.suladi
  • Sahildə qumdan saray düzəldin. Bu həm sizin, həm də uşaqlarınız üçün əyləncəli bir vaxt keçirilməsi olacaq.qumdan saray
  • Ənənəvi reseptlərə uyğun ətirli mürəbbə bişirin. Təzə samovar çayı ilə bu əvəzedilməz bir dad olacaq.
Şərh yaz