Bu yeməklər sağlamlığınız üçün zərərlidir!

loading...

Yediyimiz qidaların tərkibində olan vitaminlər orqanizmimiz üçün böyük əhəmiyyət kəsb etsə də bəzən sağlamlığımız üçün real təhlükə mənbəyi olan qidalara üstünlük veririk. Xanım.net bu dəfə Sizlərə sağlamlığımız üçün zərərli olan yeməklərin siyahısını təqdim edir:

Qızarmış kartof:

Verilən məlumata görə kartofun ən kiçik porsiyonunda belə çoxlu miqdarda kalori olur. Lakin, yüksək kalorisi omasına baxmayaraq bədəni kifayət qədər qidalandırmır. Tez-tez qızarmış kartof yemək piylənmə xəstəliyinə səbəb olar.

Çipsi:

Xüsusilə uşaqlar olmaq üzrə bir çoxları kartof cipsi yeməyi sevir. Ancaq kartof cipsi sağlamlığa müsbət təsir göstərmir. Məlumatlarda kartof cipslərində bol miqdarda qoruyucu olması bildirilsədə, kalori baxımından qida dəyəri çox deyil.

Qazlı içkilər:

Şəkərsiz olsa belə bəzi qazlı içkilər faydalı hesab olunmur. Pəhriz içkilərində sıfır kalori olmasına baxmayaraq, süni dadlandırıcılardan istifadə edilməsi normal şəkərdən daha zərərli hesab olunur. Sağlamlığınızı düşünürsünüzsə qazlı içkilərdən uzaq durun.

Ağ düyü:

Plovlarda, dolmalarda hər zaman istifadə etdiyiniz ağ düyünün bu günə qədər sağlam olduğu düşünülür. Bir çox insan ağ düyünün işlənmiş qida olduğunu bilmir. Bişirməsi asan və qiyməti ucuz olduğundan əlverişli qida hesab olunan ağ düyünün, digər işlənmiş qidalar kimi qidalandırıcı dəyəri yüksək deyil.

Toyuq:

Olduqca ləzzətli hesab olunan qızardılmış toyuq yeməkləri və ağız sulandıran toyuq budları sağlamlıq üçün o qədər faydalı hesab olunmur. Toyuq əti yemək istəyirsinizsə qızartmada dərisiz toyuq döşü seçim edə bilərsiniz.

Qırmızı ət:

Bu cür ət yeməklərində ehtiyyatlı olmaq lazımdır. Çünki, irəliləyən illərdə müxtəlif sağlamlıq problemləri yarana bilər. Ət yeməkləri xoşlayanlar həftədə 2 gün balıq yesələr pis olmaz.

Şəkərli taxıllar: Şəkərli taxıl məhsullarında qoruyucu funksiya olmasına baxmayaraq lif baxımından zəngin deyil. Səhər yeməyində həmin məhsullardan istifadə etmək istəyirsinizsə, bol miqdarda lif olanı seçin.

Qəhvə:

Sağlam bir həyat sürmək istəyirsinizsə 300 kalorisi olan qəhvədən uzaq durun. Bunun yerinə qara qəhvə dənələrindən hazırlanan normal qəhvəni seçin. Qara qəhvənin yalnız 5 kalorisi var. Günə qəhvə ilə başlamağı sevirsinizsə bunları seçin.

Kolbasa:

Hazırlanması və bişirilməsi ən asan olan qidalardan biri kolbasadır. Ancaq digər işlənmiş qidalar kimi tərkibində yüksək nisbətdə qoruyucu maddələr, trans yağ və duz olduğundan sağlamlıq üçün zərərli hesab olunur..

Marqarin:

Kərəyağının alternativlərindən hesab olunan marqarin mətbəxlərdə nə vaxtandır istifadə olunur. Ancaq sağlam olmaq isəyirsinizsə marqarindən uzaq dayanmalısınız. Çünki marqarinin içində bol miqdarda trans yağların olduğu bildirilir.