Bulyonlar və suplar

1234
loading...
  • Ət nə qədər vamla bişərsə, bulyon o qədər şəffaf olar. Ət bulyonunu hazır olana 30 dəqiqə qalmış duzlamaq lazımdır.
  • Ət bişən qazana yerkökü saldıqda ətin spesifik qoxusu itir.
  • Ət bulyonunu ətin bişməsinə yarım saat qalmış, balıq şorbasını əvvəlcə, göbələk bulyonunu isə axırda duzlamaq lazımdır.
  • Hazır bulyon uzun müddət odda qalanda ləzzəti itir.
  • Əgər siz əti qaynayan suyun içinə qoysanız, bulyon yağsız, lakin ət daha dadlı olar.
  • Mal əti və quşu bulyondan ancaq süfrəyə verməzdən qadaq çıxardın. Əks halda ət quru və dadsız olur.
  • Toyuq bulyonuna heç bir ədviyyat əlavə etməyin, o öz dadını itirir.
  • Birinci yeməklərin hazırlanması üçün ən yaxşısı təzə qoyun ətindən istifa-də etməkdir və onu 1-1,5 saat bişirmək lazımdır. Qoca qoyun ətindən dadlı qızartma və plov alınır.
  • Arpa yarmasının supu göyümtül alınmasın deyə, yarmanı hazır olana kimi ayrıca bişirin, sonra supa tökün.
  • Hazır supda dəfnə yarpağı saxlamayın. Əzilmiş sarımsağı supa ən sonda əlavə edin və ya elə boşqablara qoyun.
  • Sup bişirəndə hazır bulyonu zəif odda, qaynama həddinə çatdırmayaraq qızdırın ki, o, şəffaflığını saxlasın. Bununla belə, qapaq qazanın ağzını kip örtməməlidi.
  • Makaron, əriştə və düyü süddə pis bişir, ona görə onları əvvəlcə bir neçə dəqiqə suda bişirin.
  • Tərəvəz supuna qatıq, yaxud xama qatsanız, siz onun dadını və qidalı maddələrini daha yaxşı edərsiniz.
  • Əgər sup çox duzlu çıxıbsa, ona kartof və ya düyü qatın ki, onlar artıq duzu canına çəksinlər.
Şərh yaz