Bunlar cinsi münasibətlərinizə mənfi təsir edir

loading...

Kaliforniya Univeristetində aparılan bir araşdırmaya əsasən, cinsi münasibətlərə mənfi təsir edən amillər qeyd olunub.

Xanım.net həmin səbəbləri diqqətinizə çatdırır:

Yuxusuzluq – cinsi həyata olduqca pis təsir göstərən yuxusuzluq cütlərin fikir vermədiyi xırda problemlərdən hesab olunur. Nizamlı və sağlam bir cinsi həyat üçün gündə ən azı 6 saat yatmalısınız.

Depressiya – bir çox qadının cinsi istəksizliyində böyük rol oynayır. Qadın kişi əlaqələrində olduqca mənfi təsirə sahib olan depressiyanın mütəxəssislər tərəfindən müalicə edilməsi vacib məsələlərdən biridir.

Kökəlmək, artıq çəki – bu həm fiziki, həm də ruhi mənada özünə inamı azaldan bir vəziyyət hesab olunur. Bu baxımdan qadın ya da kişidə artıq çəki olduqda özünə etibar və inam azaldığından zamanla cinsi həyatda istəksizlik halları ola bilər. Özünə inam əskikliyi cütlərin əlaqələrində ciddi problemlər yarada bilər.

loading...
Şərh yaz