Bunlar yay fəslində dəriniz üçün çox faydalıdır

loading...

Siz əlbəttə təzə meyvə-tərəvəzin sizin orqanizminizə nə qədər xeyirli olduğunuzu bilirsiz. Lakin bu meyvə-tərəvəzlərdən düzəltdiyiniz maskalar, toniklər və sair kosmetik vasitələrin dərinizə nə qədər xeyirli olduğundan xəbəriniz var mı?

Bu tip kosmetik vasitələr təbii məhsullardan hazırlandığı üçün dəriyə hazır kimyavi maddələrlə zəngin olan vasitələrdən daha xeyirlidir.

Çiyələk – ən sadə üsul bir neçə çiyələyi əzirsiz və bir xörək qaşığı xama ilə qarışdırıb, təmiz üzə və boyun nahiyəsinə sürtüb 20-25 dəqiqə uzanıb dincəlirsiz. Maskanı göstərilən müddətdən sonra ilıq su ilə yuyursuz. Göstərdiyimiz bu maska quru dərilər üçün nəzərdə tutulmuşdur. Əgər sizin dəriniz yağlı və ya normaldırsa, çiyələyi buğda unu ilə qarışdırın. Əgər allergiyanız yoxdursa, eyni maskanı malina və qarağatla edə bilərsiz.

Üzüm və gavalı – bu meyvələr yağlı dərini əla təmizləyirlər. Bir xörək qaşığı meyvələrin “ətini” bir yumurta ağı ilə qarışdırmaq lazımdır. Üzə qoyulandan 15 dəqiqə sonra maska sərin və ya otaq temperaturlu su ilə yuyulur. Həmçinin üzüm suyu qırışlara qarşı olduqca təsirlidir. Üzüm giləsini iki yerə bölüb üzünüzü gündə 2-3 dəfə masaj edin.

Təzə kələm – təzə kələm nəinki salatda yaxşıdı və xeyirlidir, hətta üz və boyun maskalarında da istifadə etmək olar. Blenderdə əzilmiş kələmi bir çalınmış yumurta ağı ilə qarışdırıb, 20 dəqiqə üzünüzdə saxlayın. İslıq su ilə yuyun. Maska sızanaqlardan azad edir, dərini təravətləndirir, canlandırır.

Armud – orta ölçülü təzə armudu sürtgəcdən keçirib və iki xörək qaşığı kefir və ya yoqurtla qarışdırın. Bu maska yağlı dərilər üçün idealdır. Maska 15 dəqiqəlik qoyulur və sərin su ilə yuyulur.

Həssas dərilər üçün armudun suyu ayrılmalı, sıxılmış meyvə püresinə “göz ölçüsü” qədər quru süd qatılır və biraz sulu südlə qarışdırıb, 10 dəqiqə üzdə saxladıqdan sonra cəfəri suyuna batırılmış pambıq ilə silmək lazımdır. Armudu dərini cavanlaşdırmaq məqsədi ilə də istifadə etmək olar. Bunun üçün sizə 1 çay qaşığı xama və zeytun yağı və 1 xörək qaşığı kraxmal lazımdır. Qarışımı üzünüzə çəkin və nazik kəsilmiş armud dilimləri ilə sıxın. 15 dəqiqədən sonra ilıq su ilə yuyun, dəriniz dartınacaq və daha cavan görsənəcək.

Albalı və gilas – Albalı yağlı və normal dəriyə əla qulluq edir. İki xörək qaşığı albalı meyvəsinin suyunu sıxın və kraxmal əlavə edin. Maska qoyulduqdan 15-20 dəqiqə sonra nəm pambıqla təmizləyin. Belə maska üzü parıldadır.

Üzü təmizləmək üçün gilas maskası olduqca effektivdir. Bir neçə əzilmiş gilas giləsinə 1 çay qaşığı bal və limon suyu əlavə edin. 15 dəqiqə üzdə qaldıqdan sonra sərin limon suyu ilə yumuşalmış sərin su ilə üzünüzü yuyun.

Vacib! Unutmayın ki, hər bir meyvənin tərkibində kislota olduğundan, maskalardan sonra qidalandırıcı kremlərdən istifadə mütləqdir.

Şərh yaz