Burundakı qara nöqtələrdən azad olmaq üçün maskalar

loading...

1 xörək qaşığını jelatini 1 xörək qaşığı süd ilə qatışdırırıq. Qarışığı 10 saniyə mikrodalğalı sobada qızdırırıq, o yapışqana oxşar olmalıdır. Məhlulu çıxardırıq və gözləyirik ki, o bir az soyusun.

Fırçayla buruna qoymağa başlayırıq. Qarışığı təxminən 10 dəqiqə saxlayırıq, sonra diqqətlə qoparırıq və nəticəyə baxırıq. Burundakı bütün bizim qara nöqtələrimiz bu plyonkada qaldı! Prosedurdan sonra burnu aloe dilimilə sürtmək olar.

Maska

Vəsaitlərimiz:

  • 1 qaşıq qatıq
  • 1 qaşıq qarğıdalı unu
  • 1 ədəd rəndələnilmiş limon qabığı
Qara nöqtələr üçün təbii maska

Hazırlanması və ıstifadəsi:

Qatığın içərisinə limon qabığını və qarğıdalı ununu əlavə edin və qarışdırdıqdan sonra burun bölgənizə sürərək 15 dəqiqəyə qədər gözləyin. 15 dəqiqənin ardından ilıq su ilə mesaj edərək təmizləyin.

Limon və yumurta maskası

Yarım limonun süzülmüş suyuna, bir yumurtanın ağı qatılıb qabarana kimi qarışdırılır. Bu əməliyyat üçün alüminium qabın istifadə edilməsi tövsiyə edilir. Qarışıq tündləşənə qədər vam odda isidilir. Sonra kiçik bir qaba töküb soyudulur və maska şəklində buruna qoyulur.

Bal maskası

Bal dərini qidalandırır, təmizləyir və nəmləndirər. Ayrıca qara nöqtələrdən xilas olmağa da köməkçi olar. 2- 3 xörək qaşığı bal, üzdəki qara nöqtələrin üzərinə yayılır.

Əgər dəri çox ləkəlidirsə, bala bir az susamyağı qatılmalıdır. Qarışıq, üzdə 15 dəqiqə və ya daha çox tutulduqdan sonra, üz ilıq suya batırılmış bir pambıq köməyiylə yumşaq hərəkətlərlə təmizləmək lazımdır. Təmizləndikdən sonra üzə məsamələri sıxlaşdıran bir losyon sürtülməsi məsləhətdir. Balı, yulaf unuyla da qarışdırıb istifadə etmək mümkündür.

Şərh yaz