Sürtmələr və onların dəriyə təsiri

Dəri qabıq verdikdə və eləcə də onun elastikliyini artırmaq lazım gəldikdə həftədə bir dəfə vanna qəbul eləməmişdən əvvəl bədənə xörək duzu sürtmək olar. Bunu belə etmək lazımdır: balaca bir boşqaba 200 q xörək duzu tökür, azca isladıb bədənə sürtürlər. Duzu ayaqlara sürtməkdən başlayırlar. Sonra «duzlu» halda vannaya girib yuyunurlar (əvvəlcə duş altında duzu üstünüzdən yuya bilərsiniz). Quru dəriyə duz sürtməmişdən əvvəl ona azca zeytun yağı çəkmək, yaxalandıqdan sonra

Saçlarına Sinə Gər

Bu yeni saç kəsimləri bir çox uzun saç düzümlərinin əksinə olaraq, bədəninin müsbət cəhətlərini gizlətməyib, üzə çıxararaq sənə əlavə xal qazandırır. Saç ustana zəng etməyin vaxtı çatıb! Ulduz kimi görün Saçlarını ortadan tağ şəklində ayırır. Saçlarına isti temperaturdan qoruyucu vasitəni vur. Sonra onları fenlə qurudaraq düzləşdir. Saçlarının hər bir dəstəsinə lak vuraraq, qulaqların səviyyəsindən başlayaraq düşən buruqları düzəlt. Hamarlaşdırıcı kremlə alınan buruqlara

Dikdaban ayaqqabının kəşfi

Demək olar ki, hər bir xanımın qarderobunda ən azı bir neçə cüt hündürdaban ayaqqabı mütləq var. Bəs heç nə vaxtsa düşünmüsünüzmü, bu dikdaban ayaqqabıları necə oldu ki, dəbə gəldi? Eramızdan hələ çox-çox əvvəllərə aid Misir qəbirlərində müxtəlif formalı ayaqqabılara rast gəlinmişdir. Bunlar daha çox dəri və toxunma formasında olub ayaq üzərində bağlanan formalarda olub. Hündürdaban ayaqqabıların tarixi isə Roma dövrünə gedib çıxır. O zamanlar bu cür ayaqqabılar aktyorlar üçün

Müasir Şahzadələrin Üslubu

İspaniya şahzadəsi Letizianın həyatı nağıla bənzəyir. Sıradan bir ailədə dünyaya göz açan bu qızcığaz nə vaxtsa İspaniyanın şahzadəsi olacağını ağlına belə gətirmirdi. 2004-cü il Letizianın həyatında dönüş ili oldu. Televiziya jurnalisti olan 32 yaşlı Litizia İspaniya şahzadəsi Felipə ərə getdi. Amma bu romantik cütlük ailə qurmamışdan əvvəl də diqqət mərkəzində idi. Kraliça Sofiyanın bu evliliyə qarşı çıxdığını hamı bilirdi. Amma Felipe sevgilisinə görə taxt-tacdan və varislikdən

Mövsümün dəbli dəri pencəkləri

Formasına və görünüşünə görə digər geyimlərdən fərqlənən dəri pencəklər qış mövsümünün ən dəbli geyimləri sırasındadır. Daha fərqli görünüşə sahib olmaq istəyirsinizsə uzunboğaz çəkmələrlə dəri pencək geyinməklə xarici görünüşünüzü zövqlə tamamlaya bilərsiniz. Istər gündəlik adi geyimi, istərsə də hər hansı gecə geyimini dəri pencəyklə kombinə etsəniz onun yaratdığı möhtəşəm görünüş hər zaman sizinlə olacaq. Hal-hazırda bilirik ki, dəb daha rəngarəngdir. Xüsusi

Ziyafət gecəsində işıq saç

Bayram günlərində sadəlikdən uzaq olub, hamıdan seçilmək istəyirsən? Heyrətləndirici parlaqlıq və hündürdaban yaqqabının köməyilə nələrə qadir olduğunu hamıya göstər. Qızılı və gümüşü parıltılı ayaqqabılar bu Yeni il gecəsinin ən sevilən əşyasına çevriləcək. Geyimdə “əsl tapıntı” olan bu ayaqqabıları neytral çalarlı geyimlə uyğunlaşdır. [wp-imageflow2]

Dəriyə qulluğun ümumi qaydaları

Dəriyə savadlı qulluq prinsipləri o qədər də çox deyil və onlara hər gün əməl etmək o qədər də mürəkkəb deyil. Dəriyə qulluqda ən əsası müntəzəmlikdir. Əgər hər gün zəruri qaydalara əməl etsəniz, dəri uzun müddət cavan və gözəl qalacaq. Müntəzəm qulluq özündə təmizləmə, qidalandırma, canlandırma və müdafiəni birləşdirir. Beləcə, səhərlər təmizləyici, qidalandırıcı və müdafiə vasitələrindən istifadə məsləhətdir. Axşam qulluğu isə təmizləmə və qidalandırmadan ibarətdir.

Dərini hamarlaşdıran yeni makiyaj təklifləri

Son zamanlar stressli iş həyatı və bir sıra ailəvi problemlər nəticəsində xanımların üz dərisində qüsurlar əmələ gəlir. Mütəxəssislər də bunu nəzərə alaraq xanımlara gün ərzində daha sağlam görünməsi üçün bir neçə təklif irəli sürüblər. Bu üsullarla dəriniz qüsursuz olacaq. Hər zaman ekranlarda seyr etdiyimiz məşhurların üzlərinin necə də hamar olması diqqətimizdən yayınmır. Indi isə onların makiyaj hiylələri ilə tanış olacağıq. Makiyajda edilən ən böyük səhv makiyajın

Bədəninizə gündəlik qulluq

Kosmetikanın birinci şərti dərinin təmizliyidir. İnsanın ən vacib orqanı kimi dəri orqanizmin bütün həyat fəaliyyətində iştirak edir, dərinin-yaxşı saxlanılması nəinki gözəllik üçün, həmçinin sağlamlıq üçün də böyük əhəmiyyətə malikdir. Dəri piyinin və tərin dağılan hissəcikləri ilə örtülmüş çirk dəri özünün süzmə qabiliyyətini itirir, bakteriyaların təsirinə daha tez məruz qalır. Belə şəraitdə hər bir kiçik sıyrıntı dərinin ciddi iltihabına səbəb ola bilər. Ona görə

Endogen sızanaqlar

Ekzogen sızanaqlar xarici təsirlər nəticəsində meydana çıxdıqları halda endogen sızanaqlar daxili səbəblər nəticəsində əmələ gəlir. Adətən, onlar dəri piyinin dəyişikliyi nəticəsində meydana gəlirlər. Sızanaqların ilk nişanələri, adətən, 12 yaşında, pubertat dövrünün lap başlanğıcında özünü göstərir. Qızların cinsi yetişkənliyi oğlanlarınkından tez baş verdiyindən, üzlərindəki çivzələr də daha tez çıxır. İlk əvvəllər bu, komedon olsa da, 14-15 yaşlarında artıq irin tərkibli