Çaxırlı və qızardılmış çörəkli bulyon

1234
loading...

Zəruri ərzaqlar:

  • ət və ya toyuq bulyonu — 400 q
  • ağ çörək — 100 q
  • kərə yağı — 1 xörək qaşığı
  • çaxır — zövqə uyğun
  • pendir — 30 q

Çörəyi təxminən 0,5 sm ölçüdə dilimləmək. Tavaya qoyub, hər tikəyə ərinmiş yağ sürtmək, üzərinə sürtgəcdən pendir keçirmək. Çörək tikələrini duxovkada qızılı rəng alanadək qızartmaq.

Şəffaf toyuq və ya ət bulyonunu daha ətirli etmək üçün çaxır əlavə etmək, qızardılmış çörək tikələrini ayrıca boşqabda vermək.

loading...
SHARE
Şərh yaz