Çay paketinin qeyri-adi tətbiq üsulları

Çay paketi
loading...

Çay hələ qədim vaxtlardan sağlamlığın içkisi hesab edilir. Lakin onun ənənəvi tətbiq üsulundan başqa digərləri də var. Biz sizə çay üçün olduqca rahat müasir qablaşdırmanın, çay paketinin istifadəsi üçün bir neçə maraqlı üsul təklif edirik.

  1. Gözün selikli qişasının iltihabının simptomlarını azaldır. Çay paketi – əla antiseptikdir, və konyunktivit kimi xəstəlik vaxtı bu ən ağrısız sağalmaq üsullarından biridir. Sadəcə göz qapaqlarınızın üzərinə çay paketlərini qoyun və bir az uzanın. Bu prosedura həm də sizə gözlərin ətrafındakı qırışlardan, kisələrdən, dairələrdən və başqa xoşagəlməz anların təmizləməyə kömək edəcək, bu zaman sadəcə çay paketlərini buzlu suda islatmaq lazımdır.
  2. Gübrə kimi istifadə olunur. Ev bitkilərinizə qulluq edərkən köhnə çay paketlərindən istifadə etmək olar, bu onların gündəlik menyusunu zənginləşdirəcək. Bunun üçün paketi cırıb tərkibini torpağa boşaldıb qarışdırmaq lazımdır. Çay rütubətin artıqlarını canına çəkmək xüsusiyyətinə malikdir, buna görə sizin bitkilərinizdə həmişə rütubət ehtiyatı olacaq və əgər siz təsadüfən çox su töksəniz, narahat olmayın, çay bu problemi həll etməyə sizə kömək edəcək.
  3. Ağız boşluğunda olan xəstəliklərlə mübarizə aparmağa kömək edir. Əgər siz ağız boşluğunda yaralardan əziyyət çəkirsinizsə, bu zaman onları qabaqcadan suda isladılmış çay paketinin köməyi ilə sağaltmaq olar. Sadəcə onu azca sıxın və dişlərinizin arasında saxlayın ki, çay yaralara düşsün. Əməliyyat sonrası dövrdə, dişinizin çəkildiyi vaxt belə prosedur lap yerinə düşəcək.
  4. Ziyillərdən qurtulmaq. Bu düşməndən qurtulmaq üçün bir neçə metod mövcuddur ki, çay paketləri də onlardan biridir. Sadəcə paketi isladıb yarım saat ərzində ağrıyan yerə qoymaq lazımdır.
  5. Alkoqoldan olan mümkün zəhərlənməni azaltmaq. Əgər siz alkoqolun istifadəsindən sonra nəticələrdən ehtiyat edirsinizsə, bu zaman spirtli içkini çay ilə qarışdırmaq olar. Sadəcə çay paketini bir neçə dəqiqəlik suya qoyun, sonra isə onu yarı alkoqol ilə qarışdırın. Beləliklə, siz içkidə şəkərin miqdarını müvafiq olaraq da kaloriləri azalda biləcəksiniz və alınmış içkinin dadı belə sizin xoşunuza gələcək. Bunun üçün həm adi qara çay paketlərindən həm də ki, meyvəli və qızılgülün ləçəklərindən hazırlanmış çay paketlərindən istifadə edə bilərsiniz.
  6. Ət delikateslərində ədviyyat kimi istifadə etmək olar. Çox adam bilmir ki, çay paketləri ət üçün ədviyyatlara əla alternativdir. Çox vaxt ət hazırlamaq çox çətin olur, çünki bir səhv addım belə əti sərt və dadsız edir. Amma əgər çay paketlərinin köməyi ilə əti hazırlasanız, sizin yeməyinizin dadı misilsiz olacaq. Qara və ya yaşıl çayın bir neçə paketinin üzərinə qaynar su tökmək, su bir az soyuduqdan sonra üzərinə ədviyyatlar səpilmiş ət tikələrini onun içinə qoymaq lazımdır. Bəzi xanımlar hətta ət bulyonları hazırlayarkən qazana çay paketləri əlavə edirlər.
  7. Ləkələri effektiv təmizləyir. İkinci dəfəyə dəmlənmiş çay paketi əksər səthlərin təmizlənməsi üçün çox gözəl universal vasitədir (linoleum, döşəmə, güzgülər, şüşələr, parket və hətta boyanmamış mətbəx səthləri). Lakin təmizləmədən sonra ləkələrin qalmaması üçün hər yeri quru dəsmal ilə silmək lazımdır.
  8. Xoşagəlməz qoxuları aradan qaldırır. İstifadə olunmamış, təzə çay paketləri bütün xoşagəlməz qoxuları canına çəkmək qabiliyyətinə malikdir. Sadəcə qarderoba və ya ayaqqabınıza bir çay paketi qoyun və səhər qoxunun tam yox olmasına əmin olacaqsınız (Sadəcə vaxtaşırı paketi dəyişdirməyi unutmayın).
  9. Angvil səpgisini və günəş yanıqlarını müalicə edir. Çay paketləri sızanaqların müalicəsi üçün əla vasitədir. Sadəcə vanna hazırlayın və ora bir neçə istifadə olunmuş çay paketi atın. Qara çay, həmçinin yaşıl və çobanyastığı çayı bakterisid təsirə malikdir və sızanaqların sağalmasına təsir edir. Əgər siz günəş şüalarının altında çox olduqdan sonra dəriniz yanıbsa, bu zaman sadəcə qıcıqlanmış yerləri köhnə çay paketlərindən hazırlanmış məhlul ilə yuyun, bu dərinizi sakitləşdirəcək.
  10. Şəkil çəkmək. İstifadə edilmiş çay paketlərinin köməyi ilə inanılmaz şeylər yaratmaq olar! Hər kəsə məlumdur ki, əgər dərhal çayı silməsək o istənilən səthdə ləkə qoyacaq. Buna görə onu bir çox əl işlərində istifadə etmək olar.
loading...
Şərh yaz