Cəfəri: faydalı xüsusiyyətləri və əks göstərişlər

loading...

Yaz və yay ayları yaxınlaşdıqca biz qış mövsümünündə tükənmiş faydalı maddələrin və vitaminlərin ehtiyatını bərpa etməyə çalışırıq. Bu mövsümdə ən gözəl və faydalı məhsullardan biri də cəfəridir. Cəfərinin sətəlcəmə qarşı xüsusiyyətləri soyuqdəymənin öhdəsindən gəlməyə kömək edəcək. Öz xüsusiyyətlərinə görə cəfəri həm limonu, həm də ki, kökü əvəz edə bilər.

Cəfərinin faydalı xüsusiyyətləri ilk öncə onun zəngin tərkibi ilə izah olunur. C vitamininin miqdarına görə o hətta sitrus meyvələrinini və qara qarağatı belə geridə qoyur. (Onun tərkibindəki C vitaminin miqdarı limonun tərkibindəkindən 4 dəfə daha çoxdur). Orqanizmin vaxtından əvvəl qocalmasının qarşısını almaq, onu azad radikallardan müdafiə etmək və immunitetin normal fəaliyyətini saxlamaq üçün gün ərzində 50 qram cəfəri yemək kifayətdir.

Cəfəri orqanizmə A vitamininə çevrilən beta-karotin maddəsi ilə zəngindir. Təbii antioksidləşdirici olaraq, o immunitetin bərkidilməsində ən mühüm rol oynayır. Onu immun çatışmamazlığının xəstəlikləri vaxtı təbii immunomodulyator kimi immunoloqlar məsləhət görürlər.

Həmçinin cəfərinin tərkibində orqanizmin, kalsiumun yaxşı mənimsəməsinə imkan yaradan xeyli miqdarda kalium var. Gün ərzində kalium ehtiyacını təmin etməklə sümüklərin sağlamlığını saxlamaq üçün 20 qram cəfəri yemək kifayətdir.
Cəfərinin tərkibində həmçinin sink, folio turşusu, PP, K, B1, B2, K, Ca kimi vitaminlər də var. Təsvir edilmiş faydalı xüsusiyyətlərdən başqa, qarabaşaq və nar ilə yanaşı cəfəri orqanizmdə dəmir ehtiyatını bərpa edir və hətta tərkibində olan apigenin maddəsinin sayəsində xərçənglə mübarizədə də kömək edir.

Cəfərinin faydalı xüsusiyyətlərinə həm də iştahı yaxşılaşdırmaq və yaraları sağaltmaq kimi xüsusiyyətlər aiddir. Qəribə olsada cəfəri hətta ağcaqanadların dişləmələri zamanı də kömək edə bilər. Bunun üçün sadəcə həşəratın dişlədiyi yeri cəfərinin yarpağı ilə silmək və ya bir müddət onu dərinin qıcıqlanmış hissəsinə qoymaq kifayətdir (bu zaman iltihab keçəcək).

Lakin cəfərinin tətbiqində də, hər məhsulda olduğu kimi əks göstərişlər var. Belə ki o, uşaqlığın, bağırsaqların və sidik kisəsinin əzələlərinin tonusunu yaxşılaşdırdığına görə, düşüyü provokasiya etməmək üçün hamilə qadınlara çox böyük miqdarda cəfəridən istifadə etmək olmaz. Nefrit, kəskin sistit və podaqra kimi xəstəliklər vaxtı, həmçinin böyrəklərdə daş olduğunda, dəridə yüksək həssaslıq zamanı cəfəridən istifadə etmək məsləhət deyil.

Şərh yaz